Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nazirler Kabineti gözlenilen qerarı verdi…

21 Temmuz 2016

10:08 pm


22/07/2016 [02:01]: xeber –
Dünya iqtisadi və sosial-siyasi böhranların təlatümləri altında qızdırmalı uşaq kimi titrəyir,  dövlətlərin milli valyutası ağılasığmaz risk altında məzənnə krizisi yaşayır, ünlü mütəxəssislər bir çox hallarda baş verən prosesləri izah etməkdə çətinlik çəkirlər və sadəcə hadisələrin arxasınca sürünmək zorunda qalırlar. Belə bir gərgin situasiyada bənzərsiz geoplitik durumu və zəngin təbii sərvətləri ilə cəlbedici ölkə olsa belə ərazisinin 20 faizi işğalda olması səbəbindən çeşidli problemlərlə qarşılaşan Azərbaycanda iqtisadi və sosial-siyasi prosesləri nəzarətdə saxlamaq ilk baxışda xeyli problematik görünə bilər. Amma xoşbəxtlikdən tale elə gətirib ki, Ulu Tanrı bu məmləkətə bolluca təbii sərvət və unikal özəllik verməklə yanaşı xeyli dərd-bəla da vermiş olsa da vəziyyət ümidsiz deyil və prezident İlham Əliyevin peşəkar idarəçiliyi sayəsində Azərbaycan postneft dövrünə də inamlı addımlarla qədəm qoymaqdadır. Etiraf etmək lazımdır ki, son on ildə yüksək neft qiymətlərinin gətirdiyi milyardlarla vəsait ölkə iqtisadiyyatının sürətli inkişafına stimul verməklə bərabər hökuməti xeyli tənbəlləşdirmişdi. Amma son il yarımda neftin qiymətindəki qiymət azalmaları təkcə hökuməti kəmərsıxma əməliyyatına sövq etmədi, həm də sanki qəflət yuxusundan ayıltdı. Prezident özü də müşavirələrin birində etiraf etmişdi ki, neftin qiymətindəki 3 qat azalmaya hazır deyildik və bu situasiya bizi hazırlıqsız yaxaladığından xeyli çevik addımlarla vəziyyətdən çıxmaq üçün neft amilini arxa plana keçirərək iqtisadiyyatımızı yeni dövrün tələblərinə hazırlamaq istiqamətində yenidən konfiqurasiya etməliyik. Bu baxımdan son dövrlər dünyanı və dünyanın bir parçası olan Azərbaycanı qlobal maliyyə böhranından çıxararaq yeni strateji hədəflərə doğru kökləmək üçün dövlət başçısının atdığı bir sıra antiböhran tədbirləri olduqca diqqətçəkəndir və əminliklə iddia etmək olar ki, onun bu təşəbbüsü iqtisadiyyatımızın yeni üfüqlərə doğru irəliləməsi üçün həlledici baza rolunu oynayacaq. Yeri gəlmişkən, ölkəni postneft dövrünə hazırlamaq üçün nəzərdə tutulan tədbirlər içərisində nəqliyyat infrastrukturunun yenidən şəkilləndirilməsi və xüsusən də dəmir yolu ilə daşımaların həcminin nəzərəçarpacaq dərəcədə artırılması təşəbbüsləri ilkin bəhrəsini verməkdədir. Tale elə gətirib ki, Azərbaycan tükənməz təbii sərvətlər deposu olmaqla yanaşı tükənməz imkanlar ölkəsi kimi də dünya xəritəsində özünəməxsus yer tutur. Bu baxımdan Azərbaycanın dünyanın ən cəlbedici nəqliyyat qovşaqlarından biri olması, unikal tranzit ölkə statusuna sahib olması postneft dönəmində də regionun lider dövləti olmaq şanslarımızı birə beş artırır. Təbii ki, İpək yolu layihəsi çərçivəsində Çindən İngiltərəyədək yükdaşımalarda tranzit ölkə kimi cəlbedici ölkə olsaq da ətrafımızdakı ölkələrin də xeyli əlverişli mövqedə olması rəqabət intriqasını xeyli artırdığından indi az qala hər ton yük üçün region ölkələri ölüm-dirim savaşına başlayıb. Təbii ki, ən ucuz tariflər və əlverişli şərtlər təklif edən ölkələr bu yarışın qalibi olacaq və görünən odur ki, Azərbaycan hökuməti də bu istiqamətdə çevik siyasət yürütmək istiqamətində hərəkətə keçib. Elə iyulun 15-də baş nazir Artur Rəsizadənin imzaladığı 275 saylı qərar da hökumətin bu istiqamətə çox böyük önəm verdiyinin ifadəsi hesab oluna bilər. “Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası”nın təsdiq edilməsi barədə qərara əsasən Iran və Türkiyədən yük maşınları ilə gələn yüklər Azərbaycan ərzasindən dəmir yolu ilə başqa ölkəyə daşınacaqsa yol vergisi və rüsumlardan azad olunacaq.Eyni zamanda Azərbaycana qatarla gələn yüklər boşaldılıb yük maşınlarına vurulub İran və Türkiyəyə, yaxud üçüncü ölkəyə daşınacaqsa vergi və rüsumlardan azad olunacaq.Təbii ki, burada əsas məqsəd Azərbaycan ərazisindən tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artırmaq və yük sahibləri üçün daha əlverişli şərtlər yaradılmasıdır. Yəni təsəvvür edək ki, Hindistandan yük gəlir İranda boşaldılır, oradan maşınla gətirilir Azərbaycan Astarasına, oradan da həmin yük dəmir yolu ilə Rusiya və Avropaya daşınır. Bu zaman bu yük maşını Azərbaycan gömrüyünü keçərkən vergi və rüsumdan azad olunur. Yaxud Rusiyadan yük dəmir yolu ilə gəlir Azərbaycan Astarasına, oradan da avtomobillə İrana daşınarkən İrandan gəlib məhz dəmir yolu ilə gələn yükü aparacq avtomobil vergi və rüsumdan azad edilir. Bir sözlə, hökumət elə şərtlər təklif edir ki, əcnəbi daşıyıcılar üçün Azərbaycan üzərindən tranzit cəlbedici olsun. Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dəfələrlə hökumət və parlament qarşısında bu məsələni qaldırmışdı və ölkənin tranzit cəlbediciliyini artırmaq üçün bir sıra güzəştlərin tətbiqinin qaçılmaz olduğunu faktlarla ortaya qoymuşdu. Nazirlər Kabinetinin 275 saylı bu qərarı Cavid Qurbanovun təkliflərinin hökumət tərəfindən qəbul edildiyinin göstəricisi hesab oluna bilər. Təbii ki, bu qərar təkcə Cavid Qurbanovun qələbəsi deyil, eyni zamanda bütövlükdə postneft dövrü iqtisadiyyatımızın lokomotivlərindən birinin rəqabətədavamlılığına stimul verən hökumətin uğurlu gedişi kimi də xarakterizə edilə bilər. Bir mühüm məqamı da vurğulamaqda fayda var ki, avqustun 8-də İran və Rusiya prezidentlərinin Azərbaycana nəzərdə tutulan rəsmi səfərində məhz tranzit yüklərin taleyi və daşımaların region ölkələrinin hər birinə mənfəət gətirməsi prezidentlərin əsas müzakirə predmetlərindən biri olacaq. Bu səfər Bakının regionun açar ölkəsi olmasının və bunun qonşu dövlətlər tərəfindən də qəbul edilməsinin etirafı kimi də yozula bilər. Nəzərə alınmalıdır ki, region ölkələrinin heç də hamısının bir – birilə münasibətləri qaydasında deyil və onların az qala hamısının vasitəçi dövlət olaraq Azərbaycanın xidmətlərinə möhtacdırlar. Bu baxımdan Nazirlər Kabinetinin bu qərarı alqışlanmalıdır və ümid etmək olar ki, Azərbaycanın sürətli inkişafının lokomotivi olacaq dəmir yolunun az qala yarım əsrdən bəri yığılıb qalmış bir çox problemlərinin həlli istiqamətində tədbirlər planı ardıcıllıqla həyata keçiriləcək, nəhayət iqtisadiyyatımız prezident İlham Əliyevin dəmir iradəsi nəticəsində dəmir əllərlə polad relslər üzərində Azərbaycanımızın rifahına, vətəndaşlarımızın firəvanlığına doğru istiqamət götürəcək.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler