Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nazir vetendaşlarla görüşdü – Fotolar

24 Ekim 2016

11:48 am


24/10/2016 [15:46]: xeber –
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Masallı, Cəlilabad, Astara, Lerik, və Yardımlı rayonlarından vətəndaşları qəbul edib.sayt xəbər verir ki, görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda sakinlərin yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni irsin qorunması, turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.Lənkəran şəhərindən qəbula yazılan vətəndaşlar Bəlləbur qalasında arxeoloji tədqiqat işlərinin aparılması, kitabxanaların Milli Qəhrəmanlar haqqında ədəbiyyatla zənginləşdirilməsi, mədəniyyət evi və klubun əyani vasitələrlə təmin olunmasına köməklik göstərilməsini xahiş ediblər.Masallı sakinləri tərəfindən rayonda milli geyimlər festivalının, eləcə də uşaq musiqi və incəsənət məktəbləri arasında zona festivallarının təşkili, bölgələrdəki dövlət dram teatrlarında rayonların xalq teatrları kollektivlərinin çıxışlarına şərait yaradılması barədə müraciətlər edilib.Cəlilabaddan qəbula gələn sakinlər rayon ərazisindəki Polutəpə arxeoloji məkanında aparılan tədqiqat işlərinin başa çatdırılması, kitabxanalara texniki avadanlıqların verilməsi ilə bağlı xahişlərini diqqətə çatdırıblar.Astara sakinlərinin turizm sahəsində fəaliyyət göstərən təhsil müəssisələri ilə turizm obyektləri arasında əməkdaşlığın qurulması, rayon uşaq musiqi məktəbində instrumental ifaçılıq və muğam dərslərinin tədrisinin təkmilləşdirilməsi və digər məsələlərə dair müraciətləri səslənib.Lerikdəki Uzunömürlülər muzeyində digər bölgələrimizin uzunömürlü insanları haqqında da məlumat guşəsinin yaradılması, Buzeyir qalasının turizm marşrutuna daxil edilməsi, habelə Yardımlı rayonu ərazisində tarix-mədəniyyət qoruğunun yaradılması, ölkə ərazisindəki tarix və mədəniyyət abidələri barədə geniş məlumatı əks etdirən fotoalbomun hazırlanması, kənd kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müraciətlər də olub.Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı məsələlərlə bağlı müvafiq göstərişlər verib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler