Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nazir Maarifçi Telebe Kredit Fondunun ilk kreditlerini teqdim edib

30 Haziran 2016

11:32 am


30/06/2016 [15:28]: xeber –

İyunun
30-da Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərini alan
tələbələrə  sertifikatların təqdim
olunması mərasimi keçirilib.

Tədbirdə
təhsil naziri Mikayıl Cabbarov, Maarifçi Tələbə Kredit Fondunun icraçı
direktoru Rüfət Mahmud, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr
iştirak ediblər.

Mərasim
iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov Maarifçi Tələbə
Kredit Fondunun fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildirib. Nazir
qeyd edib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə
Kredit Fondunun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı
ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə
onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

sayt
xəbər verir ki, təhsil naziri Maarifçi Tələbə Kredit Fondunun ilk təhsil
krediti ayırdığı bir qrup tələbəyə müvafiq setifikatları təqdim edib.

Tələbələr
onların təhsilinə və gələcəyinə yetirilən diqqətə görə minnətdarlıqlarını
bildirib, göstərilən qayğıya daha yüksək tədris uğurları ilə cavab verəcəklərini,
layiqli mütəxəssis kimi yetişmək üçün var gücləri ilə çalışacaqlarını bildiriblər.

Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler