Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nazarbayev Daşkende yasa gedir..,hem de tekce ona göre yox..

02 Eylül 2016

10:16 am


02/09/2016 [14:13]: xeber –
“Qardian” yazır ki, hələ 18-ci əsrin amerikalı siyasətçisi Bencamin Franklin deyib ki,dünyada ölüm və vergidən başqa heç nə haqqında inamla danışmaq mümkün deyil. Özbəkistan prezidenti İslam Kərimovun ölümünü gizli saxlayanlar bu məşhur deyimi şübhə altına alıblar..,amma bir yerə qədər. 31 milyonluq Özbəkistan əhalisi diktatura rejiminin hər cür üzünə adət etdiyindən onlara desələr ki, İslam Kərimov qırğı kimi səkir,şükür edib qurban kəsməyə hazırlaşacaqlar. Min ildən çoxdur ki, bütün diktatorların ölüm xəbəri vaxtında verilmir və “Qardian”da İ.Kərimovun ölümünün rəsmən elan edilməməsini “diktaturanın parlaq nümunəsi “hesab edir. Bu  günlərdə çox mənbələr İ.Kərimovun öldüyünü elan edib,amma sabah -yəni sentyabrın 3-də Qazaxıstan prezidenti Daşkəndə gedirsə və bunu  Röyter agentliyi təsdiqləyirsə,deməli sabah dəfn mərasimi olacaq. Özbək xalqının Kərimovdan sonra ağ günə çıxacağı böyük sual altında olsa da,dəyişikliklərin nisbətən müsbət istiqamətdə olması gözləniləndi. Klan-tayfa ,yerliçilik prinsiplərilə idarə olunan sərt rejimin yumşalmasından çox, başqa klanın hakimiyyət olimpində yer tutmasının tezliklə şahidi olacağıq. Hələlik isə,hörmətli Nazarbayev həm yasa gedir,həm də məsləhətə. Bu məsləhəti yalnız Nazarbayevin deyil, dünyanı idarə edən fövqəl dövlətlərin də mövqeyini çatdırma kimi qəbul etmək olar.Hansının? Bunu ehtimal etmək çətin olmasa da ,gözləyək.Hər halda Özbəkistan balanslı siyasət yeritdiyini açıq elan edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler