Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Naxçıvanlı bir neçe müellifin bu güne qeder tedqiq olunmamış elyazmaları aşkar edilib

11 Kasım 2016

8:36 am


11/11/2016 [12:33]: xeber –
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Muxtar Respublikasına dair müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim kitablar toplanılıb. Bunların içərisində fondun balansına fars dilində daxil edilən Rizaqulu xan Hidayətin 368 səhifəni əhatə edən “Riyazül Arifin” (hicri-qəməri 1305-ci il, Tehran), Müştəri Müstehidzadə Qarabağinin 278 səhifəlik ornamentli “Riyazül aşiqin” (hicri-şəmsi 1328-ci il, İstanbul), 248 səhifəlik Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” (1913-cü il, Bakı) adlı təzkirələrinin ilkin araşdırmaları aparılıb.AMEA Naxçıvan Bölməsindən “Şərq qapısı” qəzetinə bildirilib ki,tədqiqata cəlb edilən bu 3 təzkirədə (biblioqrafiyada) beş naxçıvanlı müəllifin həyat və yaradıcılığı haqqında bu günə qədər tədqiq edilməyən məlumatlar əldə olunub.Fondun Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov təzkirələrin araşdırılmasını regionun orta əsrlər dövrü üzrə tədqiqinin dərinləşməsində istifadə edilə biləcək yeni mənbə kimi qiymətləndirir. Tədqiqatçının sözlərinə görə, bu mənbələr orta əsrlər dövrü elmi mühitini yaxından izləmək üçün əsaslı zəmin yaratması ilə yanaşı, o dövrdə regionun ədəbi dili, kitabçılıq sənəti, katiblik, təzkirəçilik və digər sahələrin öyrənilməsində əsaslı qaynaq kimi də istifadə oluna bilər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler