Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Naxçıvanın turizm mekanları – FOTO + VİDEO

27 Eylül 2016

12:12 pm


27/09/2016 [16:11]: xeber –
Sentyabrın 27-də bütün dünyada olduğu kimi, Azərbaycanda da Ümumdünya Turizm Günü qeyd olunur. Qədim Azərbaycan diyarı olan, gündən-günə müasirləşən Naxçıvan Muxtar Respublikasının turizm potensialından bəhs edən məqaləni və turistik məkanları əks etdirən fotoşəkilləri sizlərə təqdim edirik.Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada qədim dövrlərin yadigarı olan tarixi-memarlıq abidələri – Möminə Xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Qarabağlar Memarlıq Kompleksi, həmçinin təbiət abidələri – əsrlərdən bəri qorunub-saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, narbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı Gəmiqaya abidəsi, Kilit mağarası, Qazma mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən Haçadağ, Babək qalası, Göy-göl, Əshabi-Kəhf və yüzlərlə sənət əsərləri, ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu və s. Naxçıvan diyarının analoqu olmayan turizm potensialıdır.Bu potensialdan səmərəli istifadə etmək məqsədilə mühüm işlər görülmüş, şəhər və rayonlarda milli və müasir memarlığın nailiyyətlərini özündə cəmləşdirən istirahət parkları istifadəyə verilmiş, müasir tələblərə cavab verən mehmanxanalar tikilmiş, yeni abidələr ucaldılmış, tarixi yaddaşı əks etdirən qədim memarlıq abidələri bərpa və konservasiya edilərək əvvəlki görkəmlərinə qaytarılıb.2008-ci ildə Duzdağ Fizioterapiya Mərkəzi, həmçinin Darıdağ Arsenli Su müalicəxanası müasir tələblər səviyyəsində yenidən qurulub, müayinə, müalicə və istirahət üçün hər cür şərait yaradılıb.Muxtar respublikada mövcud olan dini ziyarətgahlar, pir və imamzadələr, xüsusilə müqəddəs “Qurani-Kərim”in “Əl-Kəhf” surəsində haqqında bəhs edilən Əshabi-Kəhf ziyarətgahı dini turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində ziyarətçilərin ziyarət etməsi üçün hər cür şərait yaradılıb. Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi də turistlərin ən çox ziyarət etdikləri məkanlardan biridir.Muxtar respublika ərazisində turistlərin marağı nəzərə alınmaqla Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Gəmiqaya, Naxçıvan-Qarabağlar, Naxçıvan-Batabat-Ağbulaq və Naxçıvan-Gülüstan turist marşrutları hazırlanıb.(naxcivanxeberleri.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler