Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Naxçıvanda qedim qayaüstü resmler aşkarlanıb…

15 Temmuz 2016

10:00 am


15/07/2016 [13:59]: xeber –
Naxçıvan Muxtar Respublikasında Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında aparılan araşdırmalar zamanı qaya işarələri aşkar olunub. Naxçıvanda ilk dəfə aşkar olunan bu işarələrin bənzərlərinə Cənubi Azərbaycan və Şərqi Anadoluda rast gəlinib.Məlum olduğu kimi, Urartular Naxçıvan ərazisini işğal edə bilməsələr də buraya dağıdıcı yürüşlər təşkil et. Naxçıvanın qədim sakinləri bu yürüşlərin qarşısını almaq üçün möhtəşəm qalalar inşa etmişdir. Sədərək qalası, Oğlanqala, Qarasu qalası, Qız qalası Urartuların qərbdən və Arpaçay vadisindən edilən hücumlarının qarşısını almışdır. Bu istiqamətdə müqavimətə rast gələn düşmən qüvvələri öz hücumlarını Əlincəçay vadisindən gerçəkləşdirmək istəmişdir. Bu istiqamətdə Naxçıvana daxil olan yolları Qazançıqala kimi möhtəşəm qala qoruyurdu. Qaya işarələri Qazançıqala yaxınlığında aşkar olunmuşdur. Geniş bir coğrafiyada yayılan qaya işarələrinin anlamı tam açılmasa da tədqiqatçılar bu işarələrin müəyyən mərasimlərin icrası və qurban kəsmə ilə bağlı olduğunu söyləmişlər.sayt xəbər verir ki, qaya işarələri qədim Urartuların  qurban kəsmə mərasimini özündə əks etdirir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler