Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Naxçıvan Parisden temiz, Brüsselden sakin, Romadan celbedicidir…

13 Ağustos 2016

8:00 pm


13/08/2016 [23:59]: xeber –
Tanınmış hüquqşünas Qurban Məmmədov bu günlərdə naxçıvanla bağlı paylaşdığı bir statusa görə xeyli dilə-dişə düşdü. Onu təqdir edənlər bir yana, hətta xeyli məzəmmət və ittiham edənlər də tapıldı. Ona görə də sayt-ın əməkdaşı onun fikirlərini öyrənməyə çalışıb:- Qurban bəy, facebook sosial şəbəkəsində 06 noyabrda paylaşıdığınız bir status xeyli söz-söhbətə səbəb oldu, sizi tənqid edənlər də, sizi qınayanlar da oldu. Nə baş verir? – Başa düşmədim. Hansı statusdan söhbət gedir?- Yazmışdınız ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovu bəyənməyənlərin nəzərinə:Naxçıvandan olan bütün şəhidlərin maddi, məişət, mənzil, sosial və hüquqi problemləri vaxtında həll edilib. Eyib və nöqsanlarını deyəndə bunu da deyin ki, bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşını süründürənlər utanıb-ölüb yerə girsinlər…- Yadıma düşdü, bəli yazmışdım. Reaksiyalar müxtəlif oldu.- Sizi qınayanların arqumenti nədir? Yazdıqlarınız düz deyildi, yoxsa…- Yox, mən heç vaxt düz olmayan söz demədim. Ən azı, düz bildiyim sözü dedim. İnsanam, səhv də edə bilərəm. Ancaq bu məsələdə mən həqiqəti demişəm. Bilirsinizmi, problem başqa şeydədir. Siyasətə baxışdadır fərq. Bəziləri hesab edir ki, əgər mən müxalifətdəyəmsə, iqtidarı, yaxşı-pis, bütün əməllərini tənqid etməli, gözdən salmalı və hər fürsəti hakimiyyətə gəlmək imkanına dönüşdürməliyəm. Mənsə belə hesab etmirəm. Düz-düz, əyrini-əyri demək lazımdır. Hərə öz arşını ilə ölçür və bəziləri də var ki, hamının məhz onun arşını ilə ölçməsini istəyir. Əslində, qorxulu olan da budur. Müxalifətdə olan birisnin belə düşünməsi çox vahiməlidir. Adamlar dildə demokratiyadan dəm vursalar da, çoxlarının içində buynuzlu diktatorlar yatır. Mən 58 yaşımın içindəyəm. Yaşımın o vaxtı deyil ki, kiməsə pərəstiş edim, kiməsə kor-koranə tabe olum, inanım, kimisə nəyə görəsə tərifləyim və s.  Necə deyərlər, bir ayağımız o dünyada… Rəhmətlik valideynlərim bizi düzgün tərbiyə ediblər. Mən səhər-səhər balalarıma şirin çay və pendir tapıb yedirdəndə sevincindən qanadlanan, yuvasından düşən quş balasının halına ürəyi ağrıyan adamlardanam. Harın həyat yaşamadıq, valideynlərimizin verdiyi tərbiyə sayəsində meşşan həyata vərdiş etmədik. Ona görə də bu hakimiyyətdən heç bir umacağım yoxdur. Yadda saxlayın, hökmdarlar, hakimyyətlər onlardan nəsə umanları ram edə bilərlər. Mənim bu rejimdən umacaq heç nəyim yoxdur. Hüquqlarım bu gün də tapdalanır, təqib edilirəm. Vəkilliyə 2007-ci ildə test imtahanı verib lazım olan keçid balını toplasam da, kollegiyaya üzv olmağa qoymurlar. Övladlarımdan böyük oğlum Qoşqar uzun müddət işsiz qaldığına və 2004-cü ildə şərlənərək həbs olunduğuna görə ölkəni tərk etdi.  İndi İngiltərə vətəndaşıdır və kompüter sahəsindəki biliklərini ingilis xalqının xidmətinə qoyub.3 nəvəm orada doğulub, illərlə üzlərini görə bilmirəm.Oğlum Çalxan, sən də bilirsən ki, ali təhsil almasına baxmayaraq heç yerdə iş tapa bilmədiyinə və şəxsən mənim siyasi mövqeyimə görə təqib edildiyi üçün  İspaniyaya sığındı. Bir nəvəm də orada doğulub. Qalan övladlarım da (iki qız üç oğlum var) işsizdirlər və ölkəni tərk etməyə hazırlaşırlar. Mən onlara bir ata kimi heç bir şərait yarada bilmirəm bu ölkədə. Təsəvvür edin, Xocəsən qəsəbəsində övladıma məxsus 211 kvadratmetr (iki sot) torpaq sahəsində yerləşən evin üzərində mülkiyyət hüququnu dövlət tanımaqdan imtina edir. Binəqədi rayon icra hakimiyyəti və Binəqədi rayon məhkəməsi qanunları açıqdan-açığa tapdalayaraq bizim hüquqlarımızı  pozur. 1987-ci ildən Naxçıvanda mənim qanuni istifadəmdə olan torpaq sahəsini uzun müddət çəpərləməyə imkan vermədilər. Uzun aylar məhkəmələrdə vaxt və əsəb itirdikdən sonra qanuni haqlarımızı bərpa edə bildik. Naxçıvanda yaşayan qardaşım Yunisə iş verilmir. Hətta maşını ilə adam və yük daşımaq üçün qanuni icazə verilmir və s. Murad adlı əmim nəvəsi penitensiar sistemdə xidməti dövründə əlil olmasına baxmayaraq, məhz bizim qohum olduğu üçün sığorta haqqı verilmir. Halbuki eyni şəraitdə xəstələnənlərin hamısına sığorta haqqı ödənilib.Bir sözlə, bu hakimiyyət bizimlə, şəxsən mənimlə düşmənçiliyini var gücü ilə sürdürür. Məqsədləri aydındır: müxalif fikirli insanları öz məişət problemlərində boğmaq, başlarını qatmaq, iqtisadi baxımdan çökdürmək, mənən sındırmaq.Fikir verin, mən Vasif Talıbovu şəxsən yaxın məsafədən ilk dəfə şəhid yasında görmüşəm. Ondan asılacaq nə işim, nə də umacağım var. Ancaq Naxçıvanda görülən işlərin üstündən qara xətt çəkmək, görməməzlikdən gəlmək, siyasi mövqeyimizə görə haqqı da danmaq mənim əxlaqıma ziddir. Mətbuatdan oxudum ki, şəhid Raquf Orucovun ailəsinə qarşı hörmətsizlik olub. Mən də Vasif Talıbovun şəhidlərə göstərdiyi münasibəti nümunə kimi xatırlatdım. Bu qədər. V.Talıbov şəhid ailələrinə mənzillərin açarını təqdim edəndə bir söz demişdi, qəzetlərdən oxumuşdum: “Bu mənzilləri nə mən, nə də dövlət sizə pay kimi verir. Heç kim sizə minnət qoya bilməz. Sizin həyat yoldaşınız, övladınız qəhrəmancasına  şəhid olmaqla bu haqqı qazanıblar, biz sizə borcluyuq, sizsə heç kimə borclu deyilsiniz, başınız həmişə dik, alnınız açıq gəzin bu ölkədə”. Bu nəcib və dövlət ərdəminə yaraşan hərəkəti niyə də təqdir etməyim!?Kimin nə düşünməsi məni ilgiləndirmir. Mənim şəxsi hüquqlarım pozulsa da, belə ictimai məsələlərdə  bu hakimiyyət yaxşı nəsə edirsə, niyə də təqdir edilməsin? Biz qarşılıqlı kin və nifrətlə heç nəyə nail olmayacağıq. Müxalifət də, hakimiyyət də ritorikasını dəyişməlidir, biz erməniyə qarşı bir səngərdəyik. Aprel döyüşlərindən ciddi nəticələr çıxarılmalıdır. Bir də Naxçıvan barədə danışanda 20-25 il öncəni xatırlamaq, məhz o dövrlə müqayisə aparmaq lazımdır. İndi təyyarədən enən kimi Naxçıvanda baş verən müsbət dəyişikliklər gözə girir. Taksilərin duruşundan, taksi sürücülərinin geyimindən, bilet kassalarındakı nizam-intizamdan, küçələrin təmirindən, ideal təmizlikdən, yeni abad binalardan, restavrasiya edilmiş tarixi abidələrdən, dağ kəndlərinə çəkilmiş asfalt yollardan, ən ucqar kəndlərə çəkilmiş qaz borularından, yüz illərlə çılpaq qalan təpələrin, dağların yaşıllaşdırılmasından, yol qıraqlarının meşələşdirilməsindən tutmuş bütün sahələrdə yeniliklər, inkişaf var. Obrazlı ifadə edilsə, bu gün Naxçıvan Parisdən təmiz, Brüsseldən sakin, Romadan cəlbedicidir. Bunu danmaqla biz siyasi məqsədlərimizə çata bilərikmi? Qətiyyən.Nöqsan yoxdurmu Naxçıvanda? Mən desəm yoxdur, siz şəxsən mənim haqqımda nə düşünərsiniz? Əlbəttə var. Mən özüm bu dəqiqə Naxçıvanda hüquqları pozulan biri şəhid, digəri də qazi olan iki adamın məhkəmə işini aparıram.  Bir həmkəndlim, Hənifəyev  Samir Eynalı oğlu Ordubadın ermənilərlə üzbəüz olan  “Böyük soyuq” postundan hərbi hissəyə qayıdanda yolda ürəyi partlayıb ölüb. Qanunlara görə o şəhiddir. Ancaq Naxçıvan MR Hərbi səfərbərlik İdarəsi şəhidin haqqını pozur, onun satatusu rəsmiləşdirilmir, Naxçıvan məhkəmələri də eyni mövqedən çıxış edir. Bir başqa əsgərimiz, Sədərəkli Kənan Qarayev hərbi hissədə xəstələnib, əlil olub. Onun da haqqı tapdalanır. Ya başqa sahələrdə. Məsələn, Naxçıvanda maşın sürmək üçün notariuslar bir aydan artıq müddətə  etibarnamə vermirlər. Köhnə maşınların alqı-satqısı qadağandır və s. Bütün bunlar insan hüquqlarının pozulmasıdır. Yaxud da, artıq bütün dünyaya bəllidir ki, çavuş Nizami Ağasıyev adlı Azərbaycan əsgərinin başına keçmiş MT naziri Vəli Ələsgərov nə oyunlar açıb. Banka borcu olan adamların həbs edilməsi… Bütün bunları da mən ictimailəşdirmişəm. Ancaq görülən yaxşı işləri də demək bizim insanlıq borcumuzdur. Dinimiz bizdən məhz belə davranmağı tələb edir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler