Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Naxçıvan camaatının dedikleri ile emelleri üst-üste düşür”

25 Haziran 2016
ekindex
8:28 pm


26/06/2016 [00:27]: xeber –
Alim Qasımov: Naxçıvan diyarı sanki gül-çiçəkli böyük bir bağdır və kimsə bu bağı böyük nəvazişlə, qayğı ilə gün keçdikcə gülüstana döndərir.Xəbər verdiyimiz kimi, dünya şöhrətli muğam ustası, Xalq artisti Alim Qasimov iyun ayının 14-dən Naxçıvan Muxtar Respublikasındakı Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunur. Hal-hazırda sənətkarın müalicəsi davam edir və səhhəti yaxşıdır. “Duzdağ” otelində Alim Qasımovun qonağı olduq, onun səhhəti ilə maraqlandıq və sənətkarın Naxçıvan haqqında fikirlərini qələmə aldıq. Həmin müsahibəni sizə təqdim edirik.- Alim müəllim, Naxçıvana xoş gəlmisiniz. Sizi Naxçıvanda görmək bizim üçün çox xoşdur. İstərdik, bu səfərinizin məqsədini oxucularımız üçün açıqlayasınız.Naxçıvanda olmaq çox xoşdur. Çünki mənim həyatımın xoş günlərinin çoxu naxçıvanlılarla keçib. Bu sənətə hörmət edən, mənə böyük diqqət göstərən insanların böyük əksəriyyəti, demək olar ki, naxçıvanlılardır.Naxçıvanda olmağımın məqsədi budur ki, buranın havası qurudur, mənim də nəfəs yollarımda bir az problemlər var. Yaxın dostumuz əslən Naxçıvandan olan Telman Hüseynov məsləhət bildi ki, mən Naxçıvana gəlim və burda duzdağda müalicə alım. Düzünü deyim ki, müalicə üçün Almaniyaya getmək istəyirdim, hətta təyyarə biletim də var idi. Amma dostum Telman Hüseynov israr etdi ki, məhz Naxçıvana gəlim. İndi görürəm ki, onun israr etməsinin haqlı səbəbləri var imiş. Gün keçdikcə mən bunu sağlığımın bərpa olunmasında hiss edirəm. O, uzun müddətdir ki, xroniki astma-bronxit xəstəliyindən əziyyət çəkir. Demək olar ki, ABŞ və İsraildən başqa, bütün dövlətlərdə bu xəstəliyin müalicəsini axtarsa da, həmin axtarışların hec bir müsbət nəticəsi olmayıb. Amma Naxçıvandakı duzdağda müalicə olunduqdan sonra, demək olar ki, dostum tamamilə sağalıb. Telman özü də bunu təsdiq edə bilər.- Telman müəllim, niyə siz əslən naxçıvanlı ola-ola duzdağa bütün dünyanı gəzdikdən sonra gəldiniz?- Bir səhv fikir formalaşıb ki, duzdağdakı müalicə Naxçıvanda yaşayan əhaliyə təsir etmir. Yəni bu ərazidə yaşayan əhali onsuz da havadan həmin maddələri qəbul edir və buna görə duzdağ onlara mənfi təsir etməsə də, müsbət də təsir göstərmir. Mən də belə düşündüyüm üçün bütün dünyanı gəzdim. Harada yaxşı həkim eşidirdimsə, gedirdim. Onların yazdıqları dava-dərmanları nə qədər qəbul etsəm də, bir xeyri olmurdu. Nəhayət, doğma diyarımda yerləşən Duzdağ Fizioterapiya Mərkəzinə müraciət etdim və Alim müəllimin də dediyi kimi, tamamilə sağaldım. İndi bir ona peşmanam ki, mən niyə bura vaxtında müraciət etməmişəm. Alim müəllim mənim ən yaxım dostlarımdan biridir. Onun şəxsiyyətinə və sənətinə sonsuz hörmətim var. Buna görə də istəmədim ki, o da mənim kimi əziyyət çəksin və onu qısa yoldan qaytardım. Fürsətdən istifadə edib sizin vasitənizlə astma-bronxit, allergiya və digər nəfəs yolları xəstəliklərindən əziyyət çəkən insanlara bildirmək istəyirəm ki, bu xəstəliyin yeganə müalicəsi duzdağdadır. Boş yerə vaxtlarını sərf edib lazımsız yerlərə pul xərcləməsinlər. Burada hec bir dərman pereparatlarından istifadə etmədən – tam təbii yolla, sadəcə, duz mağarasında yatmaqla müalicə olunmaq mümkündür. -Alim müəllim, Naxçıvan və naxçıvanlıar haqqında təəssüratlarınızı bilmək istərdik.-Naxçıvan sərhəd bölgəsidir. Onun Azərbaycanla birbaşa torpaq əlaqəsinin olmaması əhalinin bara gəlməsinə çətinlik törədir. Amma bütün bunlara baxmayaraq, bu bölgə məndə çox gözəl təəssüüratlar oyatdı. Mən əvvəlki illərdə ailəmlə Əshabi-kəhf ziyarətganına gəlmişdim. Bu dəfə bura gələndə gördüklərimə heyran qaldım. Hər şey gözəl, təmizdir, insanları da ki gülərüz, mehribandır.Avropanın çox şəhərlərində olmuşam. İndi isə Naxçıvandayam və Naxçıvanı Avropa şəhərlərinə oxşadıram. Avropanın inkişaf etmiş şəhərlərindəki kimi, Naxçıvan şəhərinin də küçələri, yolları təmizdir, səliqəlidir.Sərnişin daşınması ilə bağlı bir məqam çox xoşuma gəldi. Sürücülər təmiz, səliqəli xüsusi vahid geyimdədirlər. Bura gəkləndə düşünürdüm ki, hansı avtomobilə minsəm, gərək qabaqcadan xəbərdarlıq edəm ki, məlum xəstəliyə görə siqaret çəkilməsin. Amma buna ehtiyac olmadı; taksilərdə siqaret belə, çəkilmir. Hələ şəhərdə sürücülərin piyadalara yol vermələri faktı mənim xüsusilə xoşuma gəldi. Bu faktı biz daha çox Avropa şəhərlərində gprməyə alışmışq. Məncə, Naxçıvan bu amilin tətbiq edildiyi ilk şəhərdir. Avtmobilin markasından və sürücüsündən asılı olmayaraq, şəhərdə sürət həddi aşılmır. Naxçıvan əsl Avropa şəhəridir. Dostlarla Naxçıvanın gəzməli-görməli yerlərində olduq. Batabatdakı üzən ada tam başqa aləmdir; Ordubadda çay süfrəsi, qədim palçıq evlər və sair çox maraqlıdır. Burada müasirliklə qədimlik vəhdət şəklindədir. Bilirsiniz, Naxçıvan diyarı sanki gül-çiçəkli böyük bir bağdır və kimsə bu bağı böyük nəvazişlə, qayğı ilə gün keçdikcə gülüstana döndərir. Bu, həqiqətdir. Mənim Naxçıvan haqqındakı təəssüratım budur. Düşünürəm ki, bu gözəllik tərənnüm edilməyə, vəsf olunmağa layiqdir. Və, inşallah, sağlamlığımız bərpa olunsun, Naxçıvana mahnı qoşmağı düşünürəm. Bir məsələni də deyim ki, Naxçıvan camaatının dedikləri ilə əməlləri üst-üstə düşür. Yəni sevgilərini də, nifrətlərini də o dəqiqə dilə gətirməyi bacarırlar, dostu dost, düşməni düşmən kimi qəbul edirlər. Naxçıvanlıların mədəniyyətə hörməti yüksək səviyyədədir. Sənətə və sənətkara hörmət edirlər. Bunu mən həm şəxsi həyatımda, həm də sənət aləmində dəfələrlə müşahidə etmişəm. Dünyanın əksər ölkələrində – Fransada, Almaniyada və digər yerlərdə konsert proqramları ilə çıxışlar etmişəm. Gələcəkdə Naxçıvanda konsert təşkil edilərsə, böyük məmmuniyyətlə naxçıvanlılar üçün solo konsert verməyə hazıram.-Alim müəllim, tezliklə sağlamlığınıza qovuşmağınızı diləyirik. -Çox sağolun. Mən bunu sizin şəxsinizdə dir daha müşahidə elədim ki, Naxçıvanda sənətə, sənərkara böyük hörmət var-Müsahibə üçün sağ olun.(naxçıvanxəbərləri.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler