Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“NATO ve ABŞ keşfiyyatı terrorçulara kömek edir”…

08 Eylül 2016

7:36 am


08/09/2016 [11:33]: xeber –
Rusiya rəsmi Ankaranın Suriyadakı “Fərat qalxanı” anti-terror əməliyyatına dəstək verməkdən imtina edəcək. sayt bu barədə “İzvestiya” nəşrinə istinadla xəbər verir. Qəzetə açıqlama verən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsi sədrinin müavini Frans Klintseviç belə deyib. O, prezident V.Putinin  öncədən Rusiyanın Suriyadakı quru əməliyyatlarında iştirak etməyəcəyini bildirdiyini yada salıb. “Aydındır ki, “İŞİD” üzərində qələbə quru əməliyyatları aparılmadan mümkün deyil. Ancaq problem ondadır ki, ABŞ-ın və NATO üzvü olan digər ölkələrin xüsusi xidmət orqanları Suriya müxalifətinə, daha doğrusu, terrorçulara kömək edir. Buna görə də mən Rusiyanın Suriyada quru əməliyyat üçün qoşun göndərəcəyini düşünmürəm”-deyə Rusiya rəsmisi bildirib. Xatırladaq ki, sentyabrın 6-da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyadan quru qoşun birliklərini Suriyaya göndərməyi xahiş etmişdi. Nazir inidiyədək 65 ölkənin daxil olduğu “İŞİD”-ə qarşı koalisiya qüvvələrinin heç bir terror qruplaşmasına qalib gələ bilmədiyini söyləyib. M. Çavuşoğlu buna səbəb kimi koalisiya üzvlərinin vahid strategiyaya malik olmadıqlarını göstərib. Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler