Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

NATO standartlı batalyonlar Ukrayna-Rusiya savaşında neyi deyişecek?

18 Ekim 2016

6:20 am


18/10/2016 [10:19]: xeber –
Rusiya ilə müharibə şəraitində olan Ukraynada ordu hissələrinin
modernləşdirilməsi, NATO standartlarına uyğunlaşdırılması davam edir. Ukrayna mətbuatının
verdiyi məlumata görə, artıq 4 batalyon NATO standartlarına tam olaraq
uyğunlaşdırılıb və hazırda 5-ci batalyonun da bu standartlara uyğulaşdırılması
istiqamətində iş aparılır.

Maraqlıdır, NATO standartlı batalyonlar Ukrayna-Rusiya savaşında nəyisə
dəyişə bilərmi? Yeni tipli bu batalyonlarla Rusiyanın təcavüzünün qarşısını
almaq, işğaldakı torpaqları azad etmək mümkündürmü?

sayt-a açıqlama verən hərbi ekspert Azad İsazadə sadəcə 4
batalyonun NATO standartına uyğunlaşdırılmasının yetərli olmadığını, prosesi
başa çatdırmağın zəruri olduğunu vurğuladı. Ekspertin sözlərinə görə, əks-təqdirdə
bu cür yenilik müharibə zamanı Ukrayna ordusu üçün ciddi problemlərə səbəb ola
bilər:

“NATO standartları geniş anlayışdır və bütün silah-sursatın,
artilleriyanın və s. dəyişdirilməsini nəzərdə tutur. Bu gün Ukrayna ordusunun
avtomat, güllə, sursatlar, tank və artilleriya qurğularını tam olaraq dəyişdirməsi
çox çətindir. Cəmi 4 batalyonun NATO standartlarına uyğunlaşdırılması döyüş
vaxtı müəyyən problemlərə səbəb ola bilər. Rusiya və NATO standartlarına uyğun
batalyonlar bir yerdə döyüşə girə bilməyəcək. Çünki orada rabitə sistemləri,
taktiki yaxınlaşma, sursat fərqlidir. Deməli, bu 4 batalyon ya bir yerdə, ya da
ayrı-ayrılıqda döyüşə girməlidir. Fərqli standartlara malik batalyonların döyüşə
atılması maneçilik yarada bilər.

Lakin Ukraynada bu istiqamətdə iş aparılır. Bütün ordunu birdən-birə
dəyişdirmək çətin olur.  Ukrayna siyasi
baxımdan bu gün elə bir vəziyyətdədir ki, ya Rusiyanın tələbləri ilə razılaşıb
təslim olmalıdır, ya da hansısa güc mərkəzinə arxalanmalıdır. Ukrayna Rusiya ilə
razılaşmır və ona görə daha çox Qərblə, NATO ilə əməkdaşlığa üstünlük verir”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler