Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“NATO-dan çıxmaq Türkiyenin problemlerini derinleşdirecek”

19 Temmuz 2016

6:44 am


19/07/2016 [10:42]: xeber –
Hərbi ekspert Azad İsazadə
sayt-a açıqlamasında ABŞ rəsmisi Con Kerrinin Türkiyənin NATO-dakı
üzvlüyünə yenidən baxıla biləcəyi ilə bağlı bəyanatını şərh edib. Ekspertin
sözlərinə görə, Türkiyə və NATO-nun yollarının ayrılması hər iki tərəfi ciddi
itkilərlə üz-üzə qoyacaq:

“NATO-dan çıxmaq Türkiyənin
problemlərini dərinləşdirəcək. Ancaq Türkiyə NATO-dan çıxacağı təqdirdə bu
qurum da zəifləyəcək. NATO-nun tərkibində türk ordusu ikinci ordu hesab edilir.
Praktiki olaraq cənub cinahda NATO-nun real qüvvəsi yoxdur. Nə Bolqarıstan, nə
də Yunanıstan ordu baxımından Türkiyənin rolunu öz boynuna götürə bilməz. Lakin
NATO-dan çıxacağı təqdirdə qaynar nöqtədə yerlşən Türkiyə faktiki olaraq müttəfiqsiz
qalacaq. Suriya, İraq, Rusiya və s. dövlətlərlə bağlı problemlər var. Hər yer “qaynayır”.
Daxildə də sabitlik yoxdur. Belə olan halda müttəfiqsiz qalmaq çətindir. Lakin
mən hesab edirəm ki, Kerrinin bəyanatı daha çox siyasi bəyanatdır. Türkiyə
ABŞ-dan Fətullah Güləni tələb edir. ABŞ isə bu kimi açıqlamalarla Türkiyəni
başa salmağa çalışır ki, biz də qarşılığında ağır şərtlər qoya bilərik”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler