Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“NATO çalışır ki, Azerbaycan kimi dövletler Rusiyanın tesiri altına düşmesin”

08 Temmuz 2016

11:44 am


08/07/2016 [15:43]: xeber –
Əgər biz NATO-nun üzvü olsaydıq,  Dağlıq Qarabağ məsələsini sammitdə qaldıra bilərdik.Bunu prezident İlham Əliyevin Polşa səfərini şərh edərkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.Prezident İlham Əliyevin NATO sammitində iştirakını təqdirəlayiq hal hesab edən Hafiz Hacıyeva görə, Azərbaycan hər yerdə öz sözünü qətiyyətlə deməlidir:“Bu gün gedən proseslər onu göstərir ki, Azərbaycanın regionda və dünya miqyasında nüfuzu qalxıb. Yəni, Azərbaycan həm NATO, həm də digər Avropa dövlətlərinə lazımdır. Bu baxımdan prezident İlham Əliyevin NATO sammitində iştirak etməsi xoş haldır. Bu Azərbaycanın çəkisini göstərir. Rusiya ilə NATO arasında olan ziddiyyətlərə görə NATO çalışır ki, digər dövlətlər Rusiyanın təsiri altına düşməsin. Əgər biz NATO-nun üzvü olsaydıq,  sammitdə Dağlıq Qarabağ məsələsini qaldıra bilərdik. Bu torpaqların Rusiya vasitəsilə işğal olunduğunu sübut edə bilərdik. Bu Azərbaycan üçün çox önəmli olardı. Hər halda sammitdə ciddi qərarların qəbul ediləcəyini gözləyirəm. Bildiyiniz kimi, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen çox sərt açıqlama verdi. Çünki Rusiyanın işğalçı siyasətindən geri çəkilməməsi, başqa dövlətlərin daxili işlərinə qarışması, yeni əraziləri işğal etmək istəməsi NATO, Avropa və Qərbi həddindən çox narahat edir. Hesab edirəm ki, prezident İlham Əliyev hər görüşdən istifadə etməlidir və edir. Ancaq prezidenti həm daxildə, həm də xaricdə təkləmək istəyən qüvvələr var. Bu baxımdan Azərbaycanda olan müxalifət kəsimi prezidentin gördüyü işlərə kölgə salır. Onların yeganə məqsədi prezidenti nüfuzdan salmaqdır. Buna baxmayaraq, Azərbaycan hər yerdə öz sözünü qətiyyətlə deməlidir. Daxildə böyük həmrəyliyə ehtiyac var. Fikrimcə, prezidentin NATO sammitində iştirakı bir çox məsələlərin həllinə kömək edə bilər”. (pia.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler