Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Natiq Ceferli hebsden manata proqnoz verdi – Növbeti hedef 1, 95 olacaq

23 Ağustos 2016

7:52 pm


23/08/2016 [23:49]: xeber –
Vəkil Cavad Cavadov Bakı İstintaq Təcridxanasında saxlanılan REAL-çı Natiq Cəfərli ilə görüşüb. Vəkil bildirib ki, Natiq Cəfərli həbsdə olsa da manatın taleyi ilə bağlı proqnozlarını ictimaiyyətlə bölüşməsini vəkilindən xahiş edib.İqtisadçı ekspertin həbsxanadan göndərdiyi fikirlərini təqdim edirik:Kürdəxanıdan da manatın taleyini ürək ağrısı və təssüf hissi ilə izləyirəm. Bu sahədə təcrübə və bilikrələrə malik olan şəxs kimi deyə bilərəm ki, yaxın həftələrdə manata olan təzyiqlər ciddi artacaq: 1) ölkədə 1, 4 mln şagird və tələbə yeni dərs ilinə hazırlaşır. Azərbaycanda qələm, pozan, dəftərdən tutmuş geyimə qədər bütün ləvazimatlar xaricdən gətirilir və yerli istehsal yoxdur. Buna görə dollara tələbat kəskin hiss edilməyə davam edəcək; 2) FED yaxın 2 ayda faiz dərəcəsini 1% artıracacaq.Bu və neftin qiymətinin qalxma ehtimalının olmaması (hətta sentyabrdan ABŞ və digər ölkələrdə neftayırma zavodlarının cari təmirə dayanmaları neft ehtiyatlarını daha artıracaq) manata kəskin təzyiqlər nəticəsində məzənnəni yaxın vaxtlarda 1, 65 edəcək, növbəti hədəf 1, 95 olacaq.(Gununsesi.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler