Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

NASA-nın Marsa benzetdiyi möcüzeli Azerbaycan erazisi – Palçıqda batan pullar

17 Ağustos 2016
3:40 pm


17/08/2016 [19:39]: xeber –
Təbiət turizm sektorunun əsas obyekti hesab olunur. Əslində turist deyəndə ilk növbədə təbiət, ətraf aləm yada düşür. Turistə göstərilən xidmət, mətbəxin zənginliyi, təşkil olunan marşrutlar isə bütöv obyektin subyektləri sırasına daxildir. Turizm də elə bir sahədir ki, burada dağdan, çaydan, meşələrdən, hətta vulkanlardan belə pul qazanmaq mümkündür. Əsas odur istək olsun. Palçıq vulkanlar: Turizm və vulkan ilk baxışdan bir-biri ilə uyğun gəlmir. Amma bir qədər dərindən araşdıranda palçıq vulkanlarının turizm sektorundakı əhəmiyyəti aydın görünür. Azərbaycanın malik olduğu palçıq vulkanlarını, bunun turizmin inkişafındakı rolunu araşdırıb.25 milyon il tarixi olan vulkanlar Dünyada füsunkar təbiəti ilə özünəməxsus yerə sahib olan Azərbaycan palçıq vulkanları ilə də seçilir. Dünyada 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanda yerləşir. Bu vulkanların əksəriyyəti Bakı və Abşeron yarımadasındadır. Onlardan bir neçəsi isə təbiətin yaratdığı abidə formasındadır. Palçıq vulkanlarının yerləşdiyi ərazilərdə yaşayış yerlərinin salınması həmin ərazilərin dağılmasına səbəb olduğu üçün 2006-cı ildə 23 palçıq vulkanına təbiət abidəsi statusu verilib. Həmin vulkanların etibarlı mühafizəsini təşkil etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə “Palçıq vulkanları üzrə Elmi Koordinasiya Şurası” yaradılıb. Eyni zamanda, bu vulkanların əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyev 2007-ci il avqustun 15-də onların mühafizəsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılaraq, 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilib.“Pilpilə”, “Yanardağ”, “Bozdağ”, “Axtarma”, “Qaynaca”, “Hökməli”, “Binəqədi”, “Saray”, “Novxanı”, “Zigilpiri”, “Keyrəki”, “Abix”, “Boğ-boğa”, “Böyükdaş”, “Otman-Bozdağı”, “Lökbatan”, “Şonqar”… Öz unikallığı ilə seçilən Azərbaycanın palçıq vulkanlarının ilk fəaliyyəti təxminən 25 milyon il əvvələ aiddir. 1810-cu ildən bu günə qədər 50-yə qədər vulkan təxminən 200 dəfə püskürüb.NASA-nın bənzətməsi Azərbaycanın palçıq vulkanları dünyada müəyyən qədər tanınır. Bu baxımdan, məhz palçıq vulkanına görə ölkəmizə gələn turistlər var. Turistlərin daha çox maraq göstərdiyi aktiv vulkanlar qrupu Bakı-Ələt avtomobil yolunda, Qobustan qəsəbəsindən cənubda, Daşgil ərazisində yerləşir. Maraqlı faktlardan biri odur ki, NASA (ABŞ Milli Aerokosmik Agentliyi) geoloqları Azərbaycanın palçıq vulkanları yerləşən ərazisini Mars planetinə bənzədirlər. Onların fikrincə, Azərbaycan ərazisindəki palçıq vulkanları öz quruluşuna görə Marsın yüksəkliklərinə oxşayır. Qeyd edək ki, İsveçrənin “New 7 Wonders Foundation” qeyri-kommersiya təşkilatının bir neçə il öncə keçirdiyi “Təbiətin 7 möcüzəsi” adlı beynəlxalq müsabiqəsində Azərbaycanın palçıq vulkanları 5-ci yer tutub. Bununla yanaşı, 2004-cü il sentyabrın 15-də Azərbaycanın palçıq vulkanları böyüklüyünə və özünəməxsusluğuna görə, “Ginnesin Rekordları Kitabı”na düşüb.Müalicəvi və ekoturizm Palçıq vulkanlarının turizm üçün iki mühüm amili var. Birincisi ekoturizmdir (ekoloji turizm). Turizmin bu növünə marağı olan turistlər insan əlinin daha az dəydiyi, yaxud ümumiyyətlə dəymədiyi, antropoloji müdaxiləyə məruz qalmadığı yerləri ziyarət etməyi sevirlər. Azərbaycanın palçıq vulkanları ekoturizm üçün əsas məkanlardan biri hesab oluna bilər. Ekoturistlər üçün ən maraqlı səyahətlərdən biri də vulkan olan adalara səyahətin təşkil edilməsidir. Xərə-Zirə, Qarasu, Zənbil kimi adalar bu qrupa daxildir. Turistlərin bu adalara gəmi ilə səyahətini təşkil etmək onların marağının cəlb olunmasında mühüm rol oynaya bilər. İkincisi müalicəvi turizmdir. Dünya təcrübəsində mədə-bağırsaq, mərkəzi əsəb sistemi, uroloji, oynaq, radikulit, dəri-boğaz və digər xəstəliklərin müalicəsində palçıq vulkanlarından geniş istifadə olunur. Palçıq vulkanlarına yaxın ərazilərdə sanatoriyaların yaradılması müalicəvi turizmin inkişafına imkan yarada biləcək amilərdəndir.Turistləri cəlb etmək üçün nə etməli? Lakin etiraf olunmalıdır ki, Azərbaycan bu möcüzəsindən lazım olan qədər qazanc götürə bilmir. Halbuki, turistlərə təklif olunacaq ən unikal özəlliklərdən biri də məhz palçıq vulkanlarıdır. Turistləri bu möcüzəyə cəlb etmək üçün hər şeydən öncə reklam işinin yaxşı aparılması vacibdir. Ümumiyyətlə turizmdə reklam əsas faktor hesab olunur. Nümunə üçün deyək ki, Türkiyə 2007-ci ildə dünyadakı tarixi abidələrlə bağlı internet üzərindən keçirilən müsabiqəyə Ayasofya abidəsini daxil etmişdi. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu müsabiqədən sonra həmin ildə İstanbulu ziyarət edən turistlərin 3 milyonu məhz bu abidəni görmək üçün gəlib.Palçıq vulkanlarının reklamı bir neçə istiqamətdə aparıla bilər. Birincisi: turistlərin diqqətini cəlb etmək üçün bu vulkanların Mars planetinin relyefinə bənzərliyi haqda reklam çarxları çəkilə bilər. Bu amil böyük ehtimalla xarici turistlər tərəfindən maraqla qarşılanacaq.İkincisi: turistlərin diqqəti cəlb olunduqdan sonra palçıq vulkanlarının ekoturizm tərəfi təbliğ oluna bilər.Üçüncüsü: bu vulkanların müəlicəvi əhəmiyyəti də geniş şəkildə reklam olunmaqla, turistlərin cəlb edilməsi təmin edilə bilər. Palçıq vulkanlarının turizmdə yerini möhkəmləndirilməsi üçün marşrutların təşkil olunması da vacibdir. Çünki turist hər şeydən öncə rahat marşrutun olmasına üstünlük verir. Digər tərəfdən, yerli turistlər arasında da ekoturlar təşkil oluna bilər. Palçıqdan yaradıla biləcək yeni brend Son olaraq qeyd edək ki, palçıq vulkanlarının daha bir özəlliyi kosmetologiyada istifadə olunmasıdır. Belə ki, müalicəvi əhəmiyyətə malik olan bu vulkanların palçığı kosmetik müalicə üçün əhəmiyyətlidir. Dünya təcrübəsi də göstərir ki, son dövrlər palçıqdan hazırlanan kosmetik vasitələr krem və yağları geridə qoyur. Amerika Birləşmiş Ştatları təkcə 2015-ci ildə palçıqdan kosmetik vasitələrin satışından 27,9 milyon dollar vəsait qazanıb. Azərbaycanın palçıq vulkanlarının müalicəvi əhəmiyyətini nəzərə alsaq, kosmetik vasitələr bazarında yeni brend yaratmaq mümkündür. (admiral.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler