Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Narzan bulağında – RƏZALƏT

13 Ağustos 2016

10:16 am


13/08/2016 [14:13]: xeber –
Azərbaycanın həm zəngin təbiəti həm də yeraltı sərvətləri
imkan verir ki, ölkədə turizm sahəsi inkişaf etsin. Müxtəlif bölgələrdə təbiətin
bəxş etdiyi şəfalı mineral suların olması isə bu sahənin inkişafı üçün ayrıca
töfhədir.

Bəs görəsən, təbiətin bizə bəxş etdiyi yeraltı və
yerüstü sərvətlərimizə sahib çıxmağı bacarırıqmı?

İndi sizə təqdim edəcəyimiz şəkillər həm də sualımızın
cavabına aydınlıq gətirəcək.

Gördüyünüz bu fotolar Gədəbəy rayonunun Slavyanka kəndi
ərazisində yerləşən məşhur Narzan bulağında çəkilib.

sayt xəbər verir ki, bu fotoları jurnalist Sənan Nəcəfov öz feysbuk səhifəsində
paylaşıb və bunları qeyd edib:

“Məşhur Narzan bulağının çıxdığı yer. Allahın
verdiyi bu möcüzəni görün necə qoruyuruq? Məncə Allah taalanın bir möcüzəsi də
olmalıdır: bu bulağın yanında da bir bulaqdan davamlı məktub gəlməlidir. Və
orada yazılmalıdır: Azərbaycanlılar, mənim sevimli övladlarım, təbiətin bu gözəl
nemətini sizə vermişəm. Siz də təmiz saxlayın və qoruyun.

Görəsən nə olmalıdır ki, bulağın üstünü belə
saxlayasan?”

 

Həqiqətən də, insanların həm sərinləmək, həm də
müalicə məqsədilə istifadə etdikləri bulağın ətrafını zibilxana çevirməsi
olduqca acınacaqlı mənzərədir. Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler