Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Narkobiznese qarşı Beynelxalq Mübarize Gününe hesr olunmuş tedbir keçirilib

24 Haziran 2016

11:36 am


24/06/2016 [15:35]: xeber –
24 iyun 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş toplantı keçirilib.Rayon rəhbərliyi, rayon ictimaiyyətinin, hüquq mühafizə orqanlarının təmsilçilərinin, səhiyyə işçilərinin, fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini, Nərimanov Rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri İradə Mahmudova bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat vermişdir.İ.Mahmudova ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləmişlər.Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd edə natiq, ölkələrin və bir çox beynəlxalq təşkilatların bu bəlanın qarşının alınması istiqamətində işlərin aparıldığını vurğulamış, bildirilmişdir ki, narkomaniyanın daha geniş insan kütləsini öz təsiri altına almaması üçün ölkəmizdə də maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac vardır.Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş və 2007-2012-ci illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın icrası ilə bağlı Dövlət Komissiyası, müvafiq nazirlik, komitə və təşkilatlar tərəfindən mühüm işlər görülmüşdür. Lakin Azərbaycanda son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, narkomaniyaya meylli insanların sayında artım müşahidə olunur. Vurğulamışdır ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi və 132 kilometrlik dövlət sərhədinin nəzarətdən kənarda qalması da narkotik cinayətkarlığı artıran səbəblərdəndir. Əfqanıstandan gətirilən narkotik vasitələrin MDB ölkələrinə və Avropaya daşınmasında işğal altındakı Qarabağ ərazisindən tranzit kimi istifadə olunur. Ermənilər Azərbaycanın işğal olunmuş ərazisində yetişdirdikləri narkotik maddələri sataraq yüksək qazanc götürür və bunu Azərbaycanın əleyhinə yönəldir, 100 minlərlə gəncin həyatını zəhərləyirlər.Həmçinin xüsusi olaraq nəzərə çatdırılmışdır ki, Azərbaycanda narkotikə aludə olmuş şəxslərin 17 faizinin gənclər təşkil edir və bu göstərici digər ölkələrlə müqayisədə aşağı olsa da, narahatlıq doğurmaya bilməz.Qeyd olunan sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, kəsərli proqram və layihələrin icrasının, eləcə də belə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.Daha sonra tədbirdə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Vasif Quliyev, BMT-nin İnkişaf Proqramının Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Respublika Narkoloji Mərkəzin həkim-narkoloqu Asif Kəngərli çıxış edərək “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın uğurla həyata keçirildiyi, bundan sonra da geniş ictimaiyyətin bu bəşəri bəla ilə mübarizəyə cəlb olunmasının vacibliyi dilə gətirilmiş, vətəndaş cəmiyyəti, bələdiyyələr, dövlət qurumları, hüquq mühafizə orqanları ilə birgə əməkdaşlığın ölkədə və regionlarda narkomaniyanın qarşısının alınmasına sanballı töhfə ola biləcəyi vurğulamışlar.Narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu və onun “ağ ölüm” adlandırıldığını vurğulayan çıxışçılar gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırmışlar.Diqqətə çatdırılmışdır ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur, eyni zamanda, orta və ali məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq dursunlar.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler