Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nardarandakı meşhur “Rehime xanm ziyaretgahı”nın dini icmasıleğv edildi

16 Ağustos 2016

8:16 pm


17/08/2016 [00:12]: xeber –
Nardaran qəsəbəsi “Həzrəti Rəhimə xanım Ziyarətgahı” icması təsisçilərinin 12 avqust tarixli iclasının qərarına əsasən Ədliyyə Nazirliyi Kollegiyasının icmanın fəaliyyətinə  icazə verən 13 oktyabr 1993-cü il qərarı ləğv edilib.Bu barədə “Respublika” qəzeti Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb. Bununla da Nardaran qəsəbəsindəki “Həzrəti Rəhiməxanım Ziyarətgahı” dini icması ləğv edilib.Bununla yanaşı dini icma özünü buraxması ilə bağlı hər hansı  məlumat yaymayıb və Ədliyyə Nazirliyinin qərarına münasibət bildirməyib.Nardaran piri VIII əsrə aiddir. Bu pirdə imam Rzanın bacısı Rəhimə xanımın qəbri yerləşir. O, Harun ər-Rəşid və Məmunun dövründə Azərbaycana pənah gətirən peyğəmbər övladlarından biridir. O, öz ailəsi ilə birgə bu kəndə pənah gətirərək burada yaşayıb və elə burada da dəfn olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler