Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Namus cinayetine verilen ceza”ya DİN-den keskin cavab…

24 Eylül 2016

1:40 pm


24/09/2016 [17:36]: xeber –
Azərbaycanda baş vermiş bu hadisə ləkələnmiş namusun təmizlənməsi yox, vəhşilikdir. Vəhşilik isə itə və ya hər hansı çöl heyvanına deyil, insana qarşı edilib.Rayonlardan birində baş vermiş hadisənin lentə alınmış videosuna sona kimi baxmaq çətindir. myBaku.az xəbər verir ki, göndərilən videoda görünür ki, bir kişini bir neçə nəfər lüt soyunduraraq döyür və onun etdiyi namussuzluğa görə əzab verir.Videoda danışıqlardan hiss olunur ki, döyülən kişi öz dostunun arvadı ilə intim münasibət qurub. myBaku.az olaraq həmin hadisənin hansı rayonda baş verdiyini öyrəndik. Məlum oldu ki, həmin şəxs və ona işgəncə verənlər yoxa çıxıblar. İşgəncə verilən kişinin atası isə polisə şikayət edərək bildirib ki, oğlunun azad olunması üçün ondan 40 000 manat tələb edirlər. (milli.az)sayt xəbər verir ki, bu xəbəri ölkənin bir sıra saytları yuxarıda adıkeçən sayta istinadən öz səhifələrində yerləşdiriblər. Sən demə, xəbər köhnə imiş, daha doğrusu, 3 il bundan qabaq baş vermiş hadisədən bəhs edilirmiş. Söhbətin nədən getdiyini oxuculara çatdırmaq üçün həmin yazını yuxarıda olduğu kimi təqdim etsək də videonu təkrar yerləşdirməyi doğru hesab etmirik. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə sayt-la əlaqə saxlayaraq olaya münasibət bildirib:”Üç il bundan qabaq baş vermiş bu hadisənin yenicə baş vermiş bir cinayət kimi cəmiyyətə təqdim edilməsi, obrazlı ifadə etsək, oxucuya sırınması hər şeydən öncə mənəvi baxımdan yolverilməzdir, həm də bu cür təhlükəli təşəbbüsdə bulunma qanunla da konkret məsuliyyıət yaradır. Yəni Cinayıət Məcəlləsində də bu kimi hallar üçün müvafiq maddə nəzərdə tutlub. Təsəvvür edin, 2013-cü ildə Tərtər rayonunda baş vermiş bu hadisəyə polis tərəfindən vaxtında hüquqi qiymət verilib və təqsirləndirlən şəxslər də cinayət məsuliyyətinə cəlb edilərək törətdikləri əmələ müvafiq məhkəmə hökmü ilə cəzalandırılıblar. İndi bunu hansı məqsədlə yenidən gündəmə gətiriblər? Bu adamlar unudurlar ki, üstündən 3 il keçdikdən sonra bu olayı yenidən gündəmə gətirmək eyni zamanda oxucularda qorxu, nifrət, ruh düşkünlüyü kimi hislər də oyadır və bütün mənalarda bu cür qondarma cızmaqaralar nə onu yazan saytlara baş ucalığı gətirir, nə də cəmiyyətə hansısa fayda verir. Mən bir daha ölkənin ictimai rəyə təsir edən, çoxsaylı oxucusu olan saytlarına müraciət edərək qeyri-ciddi saytların tirajladığı bu tip xəbərlərə öz səhifələrində yer verməməyə çağırıram və polisin işgüzar nüfuzuna xələl gətirən, cəmiyyətdə şiddət və təşviş yaradan pissimizm ovqatlı bu kimi xəbər istehsalçılarına qarşı mübarizə aparmağa səsləyirəm”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler