Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nalbendyanın taleyi artıq hell olundu -GEDİR

06 Temmuz 2016

1:12 pm


06/07/2016 [17:08]: xeber –
Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın karyera taleyi artıq həll olunub və onun yerinə mümkün namizədlər nəzərdən keçirilir.Bu haqda Ermənistanda nəşr olunan “Qraparak” qəzeti yazır.Qəzetin yazdığına görə Ermənistanın Fransadakı səfiri Viqen Çiteçyanın bu ay 75 yaşı tamam olub və qoca səfir vəzifəsindən getmək üçün bir neçə dəfə ərizə verib. Lakin hər dəfə ona məsləhət görüblər ki, bir az dözsün. Çünki Çiteçyanın yeri Nalbəndyan üçün saxlanılıb.Bildirilir ki, Nalbəndyan çox güman ki, 2017-ci ildə Fransaya səfir göndəriləcək. Onun yerini daha geniş səlahiyyətlərə malik yeni xarici işlər naziri tutacaq. Ermənistanın yeni konstitusiyasına görə XİN-in səlahiyyətləri genişləndirilir, xarici işlər naziri eyni vaxtda baş nazirin müavini statusunu alır.Qəzet yazıb ki, Nalbəndyanın yerinə bir neçə mümkün namizəd var. Onlar əsasən Serj Sərkisyanın administrasiyasının gənc əməkdaşlarıdır. Ən çox ehtimal olunan namizəd prezident aparatının rəhbəri Viqen Sərkisyandır.(Virtualaz.org)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler