Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nalbandyanın istefası söhbeti esl ermeni “blef”idir…

Genel 18 Haziran 2016

2:28 pm


18/06/2016 [18:26]: xeber –
Dünən erməni qəzetləri xarici işlər naziri Edvard Nalbandyanın istefaya gedəcəyini yazdılar. Hətta iki daşın arasında onu bu postda əvəz edəcək real namizədi də tapdılar. Erməni mətbuatının iddiasına görə, onu bu vəzifədə prezident administrasiyasının rəhbəri Viqena Sarkisyan əvəzləyəcək.Siz fikir verirsizmi, Serj Sərkisyan hakimiyyətinə yaxınlığı ilə seçilən erməni KİV-ləri bu “deza”nı hansı məqamda dövriyyəyə buraxdılar ?  Məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə iyunun 2-də Sankt-Peterburq şəhərində keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşünə ikicə gün qalmış. Və bu xəbər siyasi kuluarlarda günün günorta çağında açıq mavi səmada şimşəyin çaxması kimi şok effekt verdi. Yəni ermənilər nədən bu addım məhz sözügedən mühüm görüş ərəfəsində atdılar ? Media vasitəsilə cəmiyyətə ötürülmüş bu siyasi-diplomatik  eksperimentin arxasında rəsmi İrəvan Azərbaycan və  Rusiya prezidentlərinə hansı mesajları vermək istədi ? Nalbəndyanın istefa verəcəyi xəbəri nazirin özünün səmimi qərarına söykənirmi, yoxsa bu sadəcə bir şayiədir ? Və yaxud da ki, bu, görüş ərəfəsində siyasətin nəbzinin növbəti dəfə  yoxlanması cəhdidirmi ?Xeyr, qeyd etdiyim faktorların heç birini  sözügedən media-eksperimentin arxasında görmək mümkün deyil. Ermənilərin bu addımı  sadəcə “blef”dən başqa bir şey deyil. Nalbəndyanın istefa söhbəti əsl erməni “blef”idir. Əslində isə  Nalbəndyan nə görüş ərəfəsində, nədəki görüşdən dərhal sonra istefa verməyə hazırlaşan birinə oxşamır. Sərkisyanın bu “blef”i sadəcə Putinin qərarlarına təsir etməyə və görüş zamanı Rusiya liderinin Ermənistana qarşı mümkün təzyiqlərini minimuma endirməyə hesablanıb. Çünki Nalbəndyan Rusiya meylli siyasətçi-diplomat kimi tanınır və Ermənistan müxalifətçiləri hətta onu açıq-aşkar surətdə “Rusiyanın agenti” olmaqda ittiham edirlər. Bu mənada, Rusiyanın Dağlıq Qarabağ məsələsində maraqlarının müdafiəçisi kimi tanınan XİN rəhbərinin istefaya göndəriləcəyi söhbətini ortaya atmaqla Ermənistan iqtidarı əslində bununla Kreml rəhbərini bir növ şantaj etmiş oldu. Bəli, bu bir siyasi gediş idi. Və Vladimir Putin də bir təcrübəli siyasətçi kimi bu cür gedişlərin, priyomların arxasında hansı niyyətlərin gizləndiyini anında deşifrə edə bilir. Amma bu kimi siyasi gedişlər çətin ki, Putinin ölçülüb-biçilmiş qərarlarına kardinal təsirlər göstərmiş olsun. Putin prinsipial siyasətçi və tərs adam naturasına malikdir. Onu hansısa “blef”lərlə öz fikrindən daşındırmaq mümkün deyil. Deyəsən, ermənilər bu “blef”ə imza atarkən Putinin xarakterini hesablamayıblar…Əlisahib Hüseynov Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler