Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Nabranda iki dost facievi şekilde öldü – YENİLƏNİB

24 Ağustos 2016

7:40 pm


24/08/2016 [23:36]: xeber –
Xəzər dənizinin Xaçmaz rayonu Müqtədir qəsəbəsi ərazisində  dənizdə batan ikinci şəxsin dә meyiti tapılıb.1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlunun meyiti Fövqәladә Hallar Nazirliyinin әmәkdaşları tәrәfindәn tapılaraq aidiyyatı üzrә tәhvil verilib.Qeyd edәk ki, Quba rayonu Digah kənd sakinləri,  1978-ci il təvəllüdlü Nəcəfov Roman Abdul oğlu və 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulub.Hər iki şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc xilasetmə qrupu cəlb olunmuşdu. Aparılan axtarışlar nəticəsində R. Nəcəfovun meyiti bu gün batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.***Nabran çimərliyində iki dost dənizdə boğulub.  Quba rayon sakinləri dənizdə çimərkən suda batıblar. Onlardan birinin – Qubra rayonunun Diogahoba kənd sakini, 1982-ci il təvəllüdlü Roman Abdul oğlu Nəcəfovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən çıxarılıb.Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə yerləşdirilib. Hələlik şəxsiyyəti məlum olmayan digərinin axtarışları davam etdirilir.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler