Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Müxalifetçilerin fetullahçı damğası ile hebsi mümkündürmü?

16 Ağustos 2016

2:36 pm


16/08/2016 [18:32]: xeber –
Yaxın gələcəkdə müxalifət fəalların fəullahçı adı ilə həbs olunacağı
ilə bağlı fikirlər səslənməkdədir. Maraqlıdır, müxalifətçilərin fətullahçı adı
ilə həbs olunması mümkündürmü? Hakimiyyət Gülən və Gülənçilər ətrafına yaranan
mövcud vəziyyətdən istifadə edib siyasi həbslər həyata keçirə bilərmi?

Məsələ ilə bağlı sayt-a açıqlama verən ehtiyatda olan ədliyyə
generalı, Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal hakimiyyətin
həbs üçün bəhanəyə gərək duymadığını vurğuladı:

“Hakimiyyət onsuz da hər hansı bir əsas, bəhanə oldu-oldu vətəndaş cəmmiyyəti
nümayəndələrini, müxaliət təmsilçilərini həbs edir. Və bu zaman o ənənəvi
üsullardan – narkotik, xuliqanlıq və s. ittihamlarından istifadə edir. Bu
baxımdan hesab etmirəm ki, müxalifətçilərin həbsi üçün hökmən Gülənçi amilindən
istifadə ediləcək.

Gülənçilərə gəlincə, hamı bilir ki, Gülənçilərin ən böyük şəbəkəsi bu
hakimiyyətin içərisindədir. Onlar özlərinə hakimiyyətdə yer edib. Gülənçilərin
yeri müxalifət deyil. Onların arzusu, hədəfi hakimiyyətdir.  Bu səbəbdən onların müxalifətdə olmaları heç
bir məna kəsb etmir. Çünki müxalifətçi olmaq hər cür məhrumiyyətə məruz qalmaq
deməkdir. Bu isə Gülənçilərə lazım deyil”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler