Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Müxalifet iqtidara heç bir tesir göstermek gücünde deyil”

06 Ağustos 2016

10:24 am


06/08/2016 [14:20]: xeber –
Müxalifət
partiyaları təklif edilən son konstitusiya dəyişikliklərinin qəbul edilməməsi
ilə bağlı müxtəlif addımlar atır, təşəbbüs qrupları yaradır. Maraqlıdır,
müxalifət referendum seçkiləri zamanı konstitusiya dəyişikliklərinin qəbul
edilməməsinə nail ola biləcəkmi?

sayt-a
açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy müxalifətin öz məqsədinə
çata bilməyəcəyini vurğulayıb:

“Müxalifət
mövcud durumu ilə iqtidara heç bir təsir göstərmək gücündə deyil. Bu bir. İkincisi, xalq bu məsələdə müxalifətə dəstək vermək iqtidarında
deyil. Nədən ki, onu konstitusiya dəyişikliyindən daha çox, şəxsi problemləri
maraqlandırır. Axtarsan, xalqın böyük əlsəriyyətinin nədən referenduma
gedildiyindən belə xəbəri də yoxdur. Üçüncüsü, bu iqtidar müxalifət min hay-küy salsa da, hətta xalq birdən yuxudan qalxıb etirazını bildirsə belə, referendumu keçirəcək və nəzərdə tutulan dəyişiklikləri böyük səs çoxluğu
ilə Konstitusiya Məhkəməsinə göndərəcək. O məhkəmə də təbii ki, iclas keçirib təsdiq edəcək.

Biz müxalifət olaraq son 20 ildə düzgün mübarizə
taktikası seçə bilmədik. Digər
tərəfdən də bu rejim son 23 il müddətində həddən ziyadə bütün parametrlər üzrə
gücləndi.

Gücün
diqtəsi prosesi hələ uzun zaman davam edəcək. 10 il, 20 il. Bəlkə də daha çox. Xalq vətəndaş olduğunu dərk edənə qədər bu proses gedəcək”.

 

Seymur
Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler