Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Müxalifet hakimiyyete qarşı bir mövqeden çıxış etmelidir”

26 Temmuz 2016

2:36 pm


26/07/2016 [18:34]: xeber –
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd olunur:Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsinin 1-ci bəndini və 109-cu maddəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alıram:1. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılsın və kütləvi informasiya vasitələrində dərc edilsin (layihə əlavə olunur).2. Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilsin.3. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin (referendumun) bu Sərəncamın 2-ci hissəsində göstərilən tarixdə keçirilməsini təmin etsin.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirsin.Artıq buna etiraz edən Milli Şura mitinqlərə başlayacağı barədə anons verib. Maraqlıdır, digər müxalifət partiyaları Milli Şuranın təşkil etmək istədiyi mitinqə qatılacaqmı. 6 partiyanın təmsil olunduğu Azadlıq 2015 blokunun kordinatoru, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev sayt -a bildirdi ki, referendum dəstəkləməyən partiyalar birgə olmalıdır:Biz müxalifət partiyası olaraq buna qarşıyıq. Təmsil olunduğumuz Azadlıq 2015 bloku referendumla bağlı müzakirələr keçirəcək. Milli Şuranın təşəbbüsünə gəlincə hesab edirəm ki, müxalifət hakimiyyətə qarşı bir mövqedən çıxış etməlidir. Amma iştirak fərqli olmalıdır. Yəni bir qrum özünü müxalifətin lokomotivi hesab etməməlidir. Hamının şansları bərabər olmalıdır.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler