Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Müşterilerin kredit hesabları 20 aylıq minimuma enib

30 Haziran 2016

7:28 am


30/06/2016 [11:27]: xeber –
Azərbaycanda bank müştərilərinin hesabları ötən ilin eyni dövrü ilə müqayisədə 6,96% artaraq 2016-cı il mayın 1-nə 15 milyon 710 min 255 ədədə çatıb.sayt-ın məlumatına görə, bu barədə Report Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.Müştəri hesablarının 12 milyon 498 min 286-sı və ya 79,56%-i cari, 2 milyon 791 min 766-sı və ya 17,77%-i kredit və 420 min 203-ü və ya 2,68%-i depozit hesablarının payına düşüb. Cari hesabların 12 milyon 335 min 263-ü və ya 78,52%-i fiziki şəxslərə məxsusdur.Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari hesablarda 12,06% artım, kredit hesablarında 10,39% azalma, depozit hesablarında 0,16% artım müşahidə olunub.Müştərilərin kredit hesablarının sayı 2014-cü il sentyabrın 1-dən 2016-cı il mayın 1-dək qeydə alınan ən aşağı göstəricidir. 2014-cü il sentyabrın 1-nə kredit hesablarının sayı 2 milyon 794 min 467 ədəd təşkil edib.Azərbaycanda bank müştərilərinin sayı ötən illin eyni dövrü ilə müqayisədə 266 min 394 və ya 5,05% artaraq cari il mayın 1-nə 5 milyon 540 min 57 nəfərə çatıb. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler