Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Müsteqilliyimizin 25 illiyine hesr edilmiş jurnal çap olunub – Moskvada

14 Eylül 2016

9:20 am


14/09/2016 [13:17]: xeber –
 sayt xəbər verir ki, Rusiyanın nüfuzlu elmi nəşrlərindən biri olan “Müasir elmi fikir” (“Современная научная мысль”) jurnalının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş xüsusi buraxılışı çap olunub.Bu elmi jurnalın təsisçisi Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, baş redaktoru isə professor İqor Turitsındır.Jurnalın xüsusi buraxılışı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun “Prezident İlham Əliyev – müasir inkişafın Azərbaycan modelinin qurucusu” adlı məqaləsi ilə başlayır. İnstitut direktorunun məqaləsində Prezident İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyəti haqqında geniş məlumat verilir.“Prezident İlham Əliyev bütün dünyaya bəyan edir ki, ermənilər Cənubi Qafqaza XIX əsrin əvvəllərindən başlayaraq köçürülüb gətirilmişlər”, – tarixçi-alim məqaləsində yazır.Deputat məqalənin sonunda bildirir ki, Prezident İlham Əliyev artıq Azərbaycan tarixinə qurucu Prezident kimi daxil olub.Bundan əlavə, jurnalda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyevin “Azərbaycan Respublikasının neft siyasətinin formalaşdırılması və reallaşdırılması”, tarixçi-alimlər Cəbi Bəhramovun “Heydər Əliyevin investisiya siyasətində neft amili”, Sevinc Əliyevanın “Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı müstəqillik dövründə (1991-2016)”, Firdovsiyyə Əhmədovanın “Müasir Azərbaycan dövlətçiliyində Azərbaycan Demokratik Respublikasının ənənələri”, Türkiyənin Karabük Universitetinin dosenti Əli Əsgərin “Həsən bəy Zərdabi – Azərbaycan milli mətbuatının banisi”, professorlar Rauşanbek Absattarov və İohann Raunun “XIX əsr – XX əsrin əvvəllərində ermənilərin Azərbaycan xanlıqlarına köçürülməsi: məsələnin tarixinə dair” və s. adlı məqalələri yer alıb.“Müasir elmi fikir” jurnalı vasitəsiylə baş redaktor Turitsın, akademik Rafael Hakimov, professorlar İohann Rau, Rauşanbek Absattarov və başqaları Azərbaycan xalqını müstəqilliyimizin 25 illiyi ilə bağlı təbrik ediblər.Qeyd edək ki, Azərbaycandan bir alim – Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva jurnalın redaksiya heyətinin üzvüdür.Nazim Xəlilov,Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler