Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Müsteqilliyimiz üçün en böyük tehlüke oğru memurlardır”

20 Ekim 2016

9:20 am


20/10/2016 [13:19]: xeber –
Iki gün bundan öncə xalqımız
müstəqilliyinin növbəti ilini qeyd etdi. Maraqlıdır, torpaqlarının bir hissəsi
iğal edilən, hər zaman bəzi qonşu dövlətlərin basqısına məruz qalan Azərbaycanın
müstəqilliyi üçün ən böyük təhlükə hansı dövlətlə bağlıdır? Kimdən daha çox
qorunmağımıza ehtiyac var?

Məsələ ilə bağlı
sayt-a açıqlama verən siyasi şərhçi Aqil Səmədbəyli Azərbaycanın müstəqilliyi
üçün ən böyük təhlüklinin oğru məmurların fəaliyyəti ilə bağlı olduğunu
vurğulayıb:

“Müstəqilliyimiz üçün ən
böyük təhlükə birinci növbədə oğru məmurlardır. Müstəqilliyə ikrah hissi
yaradırlar bu oğrular! Müstəqilliyi müqəddəs olmaqdan uzaqlaşdırırlar. Beləliklə,
sabah müstəqilliyimizə real təhlükə yarananda xalqımız ciddi müqavimət göstərməzsə,
sırf bu oğrular üzündən olacaq!

İkinci ən böyük təhlükə
şimal qonşumuzdan gəlir. Torpaqlarımız üzərində ermənilərə birinci dövləti
quran da, ikincini qurmaq istəyən də Rusiyadır. Azərbaycan çox çətin bir dövr
yaşamaqdadır. Iqtisadi cəhətdən dövlət olaraq potensialmız olsa da, mövcud məmurlarla
böhrandan çıxmaq mümkün olmayacaq. Bunlar sovetin tör-töküntüləridir. Ən böyük
təhlükə də elə bu şimal qonşumuzla birlikdə onların tör-töküntüləridir”.

 

Seymur Əliyev

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler