Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Müsteqillik heç bir xalqa xüsusi nemetler qazandırmır”

17 Ekim 2016

8:40 pm


18/10/2016 [00:37]: xeber –
Azərbaycanın dövlət müstəqilliyi demək, bir millətə şəxsiyyət qazandırmaq deməkdir. Dünyada xalqlar və millətlər çoxdur, ancaq ayrıca şəxsiyyət vəsiqəsi olan xalqlar və millətlər Birləşmiş Millətlər təşkilatında say sıralamasında qeydiyyatdan keçirlər. Azərbaycan da bu sıralamada yer alma xoşbəxtliyini daşıyır. 18 oktyabr günü məhz milli iradənin zəfər günüdür. Bəzən deyirlər ki, müstəqillik bizə nə qazandırıb? Məncə müstəqillik heç bir xalqa xüsusi nemətlər qazandırmır, sadəcə yetkin xalqlar müstəqilliyə hansısa dəyərləri qazandırırlar, onu əhəmiyyətli bir hadisəyə çevirirlər. Bir dövr gəlir ki, insanlar üçün müstəqillik adiləşir, daha çox şəxsiyyətli və hürr yaşamaq, hüququn aliliyinə bağlılıq kimi dəyərlər önə çəkilir. Müstəqillik artıq hər bir insanın doğum gününə bənzər formada dövlətin doğum günü kimi xatirlanır, qeyd olunur. Yəni öz ömründə şəxsiyyət, uğur, hüzür qazanmış insanla pərişan, ümidsiz, sıxıntılı insan fərqli-fərqli əhvalda öz doğum gününə yanaşdığı kimi ayrı-ayrı dövlətlərin vətəndaşlarının da öz müstəqillik gününə yanaşması haradasa bir-birindən fərqlənir. Ona görə də Şimali Koreyada müstəqilliyə baxışla ABŞ-da müstəqilliyə baxış çox fərqli duyğularla özünü ifadə etməlidir. Biz, Azərbaycanın müstəqilliyinə də Allahın bəxş etdiyi bir ərməğan kimi baxmalıyıq, nədənsə razıyıq, nədənsə narazıyıq, bunlar həqiqətən də təfərrüatlardır. Əslində bizim hər birimiz müstəqilliyə verdiyimiz töfhədən daha artıq müstəqillikdən töfhə qazanmışıq. Bəzən deyirik ki, bu müstəqillik üçün səs vermiş, fədakarlıq etmiş insanların qiymətləndirilməsi vacibdir. Əslində isə bu ordenlə, medalla, təqaüdlə əvəzi ödəniləcək bir xidmət olmadığına görə, bu məsələni qabartmağa da gərək yoxdur. Bu həmin insanlar üçün şərəfdir ki, canımız, ruhumuz, göz bəbəyimiz olan bu dövlətin yenidən müstəqilliyinin qazanılmasında iştirak və şahidlik etmək şansını Yaradan bu insanlara bəxş edib. Müstəqilliyin qazanılmasında zərrə qədər də olsa rolu olan on minlərdən biri kimi umacağım tək mükafat bu müstəqilliyin bütün təhlükələrdən qorunmasıdır. Allah bizləri bir də müstəqilliyimizin itirilməsi ilə sanağa çəkməsin!Sabah sadəcə yuxudan oyananda ilk işim dövlətimizin qurucusu Məmmədəmin Rəsulzadədən başlayaraq üzü bu günə qədər müstəqilliyimiz üçün fədakarlıq etmiş, canından keçmiş, iztirablar çəkmiş, dünyasını dəyişən olsun, yaşayan olsun fərqi yoxdur, hər bir Vətən oğluna şükranlarımı dualarımla çatdırmaq olacaq. Sonunu şairin dediyinə uyğunlaşdırsaq: “Biz gəldi-gedərik, sən yaşa AZƏRBAYCAN!Fazil Mustafa, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler