Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Müsteqillik Azerbaycan xalqı üçün müqeddes bir nemetdir”

18 Ekim 2016

8:28 am


18/10/2016 [12:25]: xeber –
Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik uğrunda mübarizə aparmalı oldu. Təəssüf ki, birinci dəfə xarici müdaxilə nəticəsində dövlət müstəqilliyimizə tezliklə son qoyuldu. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının məngənəsi altında əzilən xalqlar öz suverenlikləri uğrunda mübarizəyə qalxdılar. Biz də o mübarizənin ön sıralarındaydıq. Azərbaycan xalqının bu mübarizəsi ona öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.Müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.Azərbaycanın BMT-yə üzv qəbul olunması isə (2 mart 1992) onun beynəlxalq aləmdə həm de-yure, həm də de-fakto tanınmasının zirvə nöqtəsi oldu.Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən daxildə gedən siyasi çəkişmələr, habelə separatçı qüvvələrin fəallaşması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaratdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu təhlükə müvəffəqiyyətlə aradan qaldırıldı.İndi əsas vəzifə müstəqilliyimizi qoruyub saxlamaq və ölkəmizin tərəqqisinə nail olmaq, həmçinin işğal altında olan torpaqlarımızı mənfur erməni qəsbkarlarından təmizləməkdir. Hal-hazırda müstəqilliyimizin siyasi və iqtisadi dayaqları gün-gündən möhkəmlənir. Artıq xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Milli Ordumuzun döyüş gücünün artırılmasına xüsusi diqqət yetirilir. Bunu əsgər və zabitlərimizin 2-5 Aprel Savaşındaki şücaətlərindən də görmək mümkündür.Müstəqillik Azərbaycan xalqı üçün müqəddəs bir nemətdir. Niyə müqəddəs deyirəm ? Çünki bu xalq öz müstəqilliyini əldə etmək uğrunda və həm də ərazi bütövlüyü uğrunda, Qarabağ uğrunda çoxlu qurbanlar verib, bu ölkənin torpaqları şəhid qanına bələnib. Ona görə də, milli müstəqilliyimiz hər bir azərbaycanlı üçün, o cümlədən, DADP üzvləri üçün də əzizdir. Mən özüm də övladlarımla birlikdə müstəqil Azərbaycanın vətəndaşı olmağımızdan qürur duyuram!Əziz xalqım və dəyərli DADP-çi əqidədaşlarım!Mən fürsətdən istifadə edib bu şanlı gün – 18 oktyabr Milli Müstəqillik günü münasibətilə sizin hər birinizi təbrik edirəm və sizə uğur, səadət arzulayıram.Əlisahib Hüseynov Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler