Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Müsteqillik Aktına ses vermiş insanlar kenarda qalıb”

18 Ekim 2016

9:44 am


18/10/2016 [13:42]: xeber –
“Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına səs vermiş insanlar kənarda qalıblar, sanki onların bu işdə heç bir rolu olmayıb. Bu, doğru deyil. Onların da adı çəkilməlidir. Xalqın birliyindən, yekdillikdən danışırıq, eyni zamanda ölkənin müstəqilliyinə səs vermiş adamları diqqətdən kənarda saxlayırıq”.Bunu sayta açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bildirib. Qeyd edək ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı məhz Ayaz Mütəllibovun prezidentliyi dövründə qəbul edilib. Ayaz Mütəllibov həmin dövrləri həddindən artıq təlatümlü dövr kimi xatırladığını deyib: “Biz həmin təlatümlü dövrdə dünyada öz yerimizi tapmalı idik. Xalqımızın lap qədimlərdən gələn arzularına uyğun olaraq belə bir məsləhətə gəldik ki, müstəqilliyimizi elan etməliyik. Bunu da elədik. Yekdilliklə müstəqillik haqqında qərar qəbul olundu. Mənim qismətimə düşdü ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına öz imzamı qoyum”.Azərbaycanın birinci prezidenti deyib ki, müstəqillik haqqında danışanda əksər hallarda adının çəkilməməsi  onu narahat eləmir: “Şəxsən mənim adımın çəkilməməyi məni narahat eləmir. Əsas olan müstəqllik idi, ona da nail olduq. Yerdə qalan məsələlər mənim üçün maraqlı deyil. Amma dediyim kimi Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına səs vermiş insanların kənarda qalması doğru deyil”. Bəzən belə fikirlər səslənir ki, Ayaz Mütəllibov həmişə müstəqilliyin əleyhinə olub. Azərbaycanın birinci prezidenti bu məsələyə də münasibət bildirib: “Bunu deyən adamların o zamandan xəbərləri yoxdur. O zaman Azərbaycan prezidenti mən idim və bu məsələyə münasibətimdən çox şey asılı idi. Mən özümə borc bildim ki, xalqın çoxdankı arzusuna arxalanaraq və öz niyyətlərimə uyğun olaraq Müstəqillik Aktına qol çəkim. Birinci şəxsin münasibətindən çox şey asılı idi. Bu həqiqəti qəbul etmək üçün o qədər dərin düşüncə lazım deyil.Rəşad


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler