Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mustafa Babanlı Fizika-Riyaziyyat ve İnformatika Temayüllü Liseyin qonağı olub

27 Ekim 2016

4:32 pm


27/10/2016 [20:30]: xeber –
Oktyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı vaxtilə təhsil aldığı Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin qonağı olub. Görüşdə həmçinin ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, elmi işlər üzrə prorektor, t.e.d. Rauf Əliyarov, Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov, İqtisadiyyat və Menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov, doktorantura şöbəsinin müdiri, dosent Lətafət Qardaşova, liseyin müəllim və şagirdləri iştirak edib.Tədbiri giriş sözü ilə açan liseyin direktoru Tariyel Talıbov rektor M.Babanlıya dəvəti qəbul etdiyi üçün öz minnətdarlığını bildirib. Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey haqqında qonaqlara məlumat verən T.Talıbov rəhbərlik etdiyi təhsil olcağının Azərbaycanın ilk texniki internat məktəbi olduğunu qeyd edib. 1966-cı ildə yaranan internat məktəbinin sovet dövründə ən nüfuzlu təhsil ocaqlarından biri olduğunu deyən direktor liseyin bu gün də ölkənin dəqiq elmlər sahəsində bir nömrəli məktəblərindən biri olduğunu vurğulayıb.Liseydə dərs deyən müəllimlərin bilik səviyyəsindən razı qaldığını deyən direktor bir çox məktəb dərsliklərinin Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin müəllimləri tərəfindən hazırlandığını xatırladıb.Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagirdlərinə özü haqda məlumat verən ADNSU-nun rektoru, prof. Mustafa Babanlı bu məktəbin məzunu olduğu üçün fəxr etdiyini bildirib. Uzun müddət sonra doğma məktəbinə gəldiyi üçün çox xoşbəxt olduğunu deyən rektor şagirdlərə burada təhsil aldığı illərdəki xatirələrindən danışıb.Daha sonra Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin müəllim və şagirdləri üçün ADNSU-nun təqdimatı keçirilib. Universitetdə 10 minədək tələbənin təhsil aldığını bildirən tədris işləri üzrə prorektor Qasım Məmmədov ADNSU-nun maddi-texniki bazası, infrasturkturu haqqında geniş məlumat verib. Xarici universitetlərlə əlaqələr, beynəlxalq təhsil proqramları, startap məktəbi haqqında məlumat verən Q.Məmmədov Azərbaycanda ilk dəfə ADNSU-nun tərkibində yaradılmış Fransız-Azərbaycan Universitetinin tələbələrə ölkəni tərk etmədən Strasburq Universitetinin diplomunu almaq imkanı verdiyini vurğulayıb.Sonda dəvəti qəbul edib liseyə gəldiyi üçün M.Babanlıya təşəkkürünü bildirən Tariyel Talıbov bu cür görüşlərin davamlı olacağna inandığını qeyd edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler