Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Musiqili Teatr Şamaxıya gedir…

20 Haziran 2016

11:12 am


20/06/2016 [15:11]: xeber –
Azərbaycan Dövlət Musiqili Teatrı Şamaxı rayonuna qastrol səfərinə hazırlaşır. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, səfər 2016-cı il 22 iyun tarixində baş tutacaq. Teatr həmin gün saat 14.00-da Şamaxı rayonunda Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası ilə çıxış edəcək. Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.Tamaşada rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Gültac Əlili, Elxan İsmayılov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Dövlət Musiqili Teatrı bir-birindən maraqlı tamaşalarla Masallı və Xaçmaz rayonlarında da çıxış edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler