Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Müselmanlar Moskva metrosunda namaz qıldılar – VİDEO

31 Ekim 2016

6:44 am


31/10/2016 [10:43]: xeber –
Rusiya paytaxtındakı metropolitendə bir neçə nəfər müsəlman birgə namaz qıldı. Onların fotosu internetdə yayılıb. sayt-ın verdiyi xəbərə görə, hazırda Facebook və digər sosial şəbəkələrdə bu fakt geniş müzakirə olunmaqdadır. Fotonun nə zaman və kim tərəfindən çəkildiyi məlum deyil. Qatarın dayandığı anda çəkilmiş fotoda  platformanın düz başlanğıcında, küncdə namaz qılan 3 nəfər əks olunub. Təsvirdə bəzi sərnişinlərin müsəlmanlara diqqət yetirməsi də öz əksini tapıb.Sosial şəbəkə istifadəçiləri metroda namaz qılınması faktına münasibətdə 3 düşərgəyə bölünüb: neyral mövqe tutanlar, həmin müsəlmanları fəal dəstəkləyənlər və buna mənfi reaksiya nümayiş etdirənlər. Məsələn, dağıstanlı bloger Hasan Hacıyev yazır:”Hər şey plana uyğun gedir…” Onunla razılaşan həmyerlisi Şamil Karatinski isə belə deyir:”Moskva-qala uzaqda deyil)))”…Ancaq bəzi İslam mənsubları metroda namaz qılmağı lüzumsuz, həddi aşan əməl hesab ediblər. Moskvalı Ramazan Maqomedov yazır:“Bununla belə, bir az həddi aşıblar. Keçidlərdə, qapıların ağzında, yəni  ibadət edənlərin kimlərəsə mane olacağı yerlərdə namaz qılmaq olmaz…”Ümumiyyətlə, bu fotonun müzakirə olunmasını tənqid edən müsəlmanlar da xeylidir. “Maşallah! Namaz qılanların kiməsə mane olmasına hiddətlənənlər qəribə və ağılsız adamlardır… Nəyə görə  ictimai yerlərdə siqaret çəkməyə və alkoqol qəbul etməyə belə reaksiya yoxdur?”- deyə  Jeys Smit  adlı, kimliyi bilinməyən istifadəçi sual edir…Qeyd edək ki, You Tube-də 29 may 2016-cı il tarixdə Rusiyada (hansı şəhər olduğu bilinmir, çox güman ki, Moskvadır) metroda  iki gəncin namaz qılmasını təsvir edən video-görüntülər əks olunub. Namazın sonuna yaxın iki polis müsəlmanlara yaxınlaşır. Onlar ibadət edənlərin qarşısına əyilib  iki dəfə soruşurlar: “Siz bizi eşidirsinizmi? Lakin gənclər ibadətə davam edirlər. Polislərdən biri telefonla kiminləsə danışır.  Müsəlmanlar isə yalnız namazlarını bitirdikdən sonra  ayağa dururlar… Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler