Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Müselman ölkelerinde, o cümleden İranda islahatlar hemişe yarımçıq qalıb”

29 Haziran 2016
9:24 pm


30/06/2016 [01:13]: xeber –

Bir zamanlar İranın Azərbaycandakı səfiri olmuş
Afşar Süleymaniylə söhbətimizin bu qədər maraqlı alınacağını gözləməzdim. Amma alındı.
Etiraf edim ki, Afşar bəy mənim bütün suallarımı diplomatiyanın imkan verdiyi çərçivədə
kifayət qədər səmimi cavablandırdı.

Təcrübəli İran diplomatının Azərbaycan-Türkiyə-İran
əlaqələrindən tutmuş, İran-Rusiya müttəfiqliyinə, cənub qonşumuzun milli
azlıqlar siyasətinə qədər bir çox məsələlər barədə Strateq.az-a verdiyi müsahibəni sayt
oxucularına təqdim edirik:

-Afşar bəy,
İran prezidenti Həsən Ruhani bu yaxınlarda İran konstitusiyasının 15-ci maddəsinə
əsasən, ölkədə milli məktəblərin açılmasına başlanacağını bildirmişdi.
Konstitusiyanın 15-ci maddəsi nələri ehtiva edir?

-Konstitusiyanin 15-ci maddəsi deyir ki, fars
dili İranın rəsmi dilidir və butun rəsmi yazılar  fars dilində olmalıdır və eləcə də məktəblərdə
və universitetlərdə  butun dərsliklər
fars dilində tədris olunmalıdır. Amma eyni zamanda ölkə vətəndaşlarının ana
dilləri də məktəblərdə tədris edilə bilər. Bu maddə konkret olaraq hökümətin
boynuna qoymayıb ki, ana dillərinin məktəblərdə tədrisinə birbaşa şərait
yaratsın və bunu icra etsin. Amma Ruhani seçki kampaniyasında seçicilərə söz vermişdi
ki, bu maddənin icrası üçün lazımi göstərişlər verəcək və bu istiqamətdə İranda
yaşayan xalqların tələblərinin yerinə yetirilməsi üçün addımlar atacaq. Bunun
üçün də o, İranın Xatəmi vaxtı milli təhlükəsizlik naziri olmuş Yunisini özünə
müavin seçdi. Hər halda, bu 3 il ki, Ruhaninin vaxtından keçir, dilin tədrisi məsələsi
öyrənilib və sizin işarə etdiniz qərar ortaya çıxıb. Amma söhbət milli məktəblərin
açılmasından yox, sadəcə ana dillərin tədrisi üçün mərkəzlərin qurulmasında gedir.
Yəni bu mərkəzlər yaranarsa, ancaq dilin ədəbiyyatı və qrammatikası tədris
olunacaq və başlanğıc olaraq yalnız Azəri türkcəsi və kürd dili, azərilər,
yaxud türklər və kürdlər yaşayan rayonlarda tədris olunacaq. Mənim fikrimcə, bu
proses həm uzun çəkəcək, həm də bu mərkəzlərin yaradılmasına çoxlu vəsait lazım
olacaq. Amma bu addım tam olaraq 15-ci maddəyə də uyğun deyil. Çünkü bu maddədə
söhbət məktəblərdə ana dilinin tədrisindən gedir. Hazır məktəblər varkən, başqa
mərkəzlərin açılmasına və əlavə büdcəyə də ehtiyac yoxdur. Sadəcə  ibtidai məktəbin 1-ci sinfindən  orta məktəbin sonuna qədər  hər sinifdə dillərin, o cümlədən Azərbaycan
dilinin tədrisi təşkil oluna bilər. Bunun üçün dərsliklərin və müəllimlərin
hazırlanmasına start vermək üçün lazımi tədbirlərin görülməsi lazımdir ki, gələn
ildən tədrisə başlansın.

 

-Bildiyimə
görə, 15-ci maddə konstitusiyaya yəni salınmayıb. İran İslam İnqilabının ilk
dövrlərindən bu maddə mövcuddur. Bəs, bu günə qədər nə üçün bu maddə “gözəgörünməzliyi”ni
qoruyurdu?

 

-Əlbəttə, elədir, bu maddə 1980 -ci ildən konstitusiyada
var, sadəcə 8 il İraq-İran muharibəsi və hökumətlərin, müxtəlif orqanların  fərqli düşüncələri, İslam Şura məclislərinin
dəstəkləməməsi bu maddənin indiyədək icra olunmamasına səbəb olub.

 

-İranın
indiki hakimiyyətinin mövqeyinin zaman-zaman dini rəhbərliklə ayrıldığı müşahidə
olunur. Ruhani hakimiyyətinin başlatdığı islahatlar yarımçıq qala bilərmi?

 

-İnkişaf etməyən və hələ inkişaf yolunu keçən
ölkələrdə,  özəlliklə də müsəlman ölkələrində,
o cümlədən İranda  ümumiyyətlə islahatlar
həmişə yarımçıq qalıb. Ən azından, məşrutiyyət inqilabından başlayaraq Müsəddiqin
milli hərəkatıyla və İslam inqilabıyla davam edən islahatlar müxtəlif daxili və
xarici səbəblər ucbatından yarımçıq kəsilib və bu proses həm İranda, həm də
islam dünyasında və o olkələrdə ki, siyasi və iqtisadi azad rəqabət  zəif gedir, davam edəcək. O cümlədən də bəzi
Asiya, Amerika, Afrika ölkələrində, hətta Çində və Rusiyada…

Dini rəhbərlə prezident arasında olan fərqli
mövqelərə və fikirlərə gəldikdə, bunu deməliyəm ki, əslində dini rəhbər ifadəsi,
məncə, düzgün deyil, Çünki konstitusiyaya əsasən, dini  rəhbər ölkənin birinci şəxsidir və bütün qüvvələr
birbaşa və dolayısıyla ona tabedir və onun nəzarətindədir.

 

-Dünya mətbuatında
İran dini rəhbərinin yaxın zamanlarda dəyişdirilməsi ehtimalı da tez-tez gündəmə
gətirilir. Allah hər kəsə şəfa nəsib etsin, bu ehtimalın reallaşacağı təqdirdə,
dini hakimiyyətin də islahatçıların əlinə keçməsi mümkündürmü və bu islahatları
daha da sürətləndirə bilərmi?

-Əlbəttə ki, ömür Allah əlindədi və rəhbərin də
səhhəti yerindədir, amma konstitusiyaya əsasən, belə durumlarda  Xübrələr Məclisi yəni  rəhbəri seçməlidir. Necə ki, keçmiş rəhbər  rəhmətə gədəndən sonra həmin məclis indiki rəhbəri
27 il öncə seçdi. Xübrələr məclisinin tərkibinə baxınca, sizin dediyiniz
proqnozu ən azından indidən vermək olmaz.

-İranın
son zamanlar Yaxın Şərqdə fəallığı gözdən yayınmır. Maraqlıdır ki, Türkiyə də eyni
coğrafiyada əks-qütbdə yer alır. Bölgənin iki böyük yerli gücünün Yaxın Şərq məsələsində
ortaq mövqeyə gəlməsi, təbii ki, məzhəb müharibələrini də qismən səngidə bilər.
İran bu sahədə hansısa addımlar atırmı? Siz təcrübəli diplomat kimi tərəflərə nə
tövsiyyə edərdiniz?

 

-Əslində İranla Türkiyə arasında yalnız Suriya
məsələsində fərqli mövqelər var, başqa məsələrdə o qədər də fərqli mövqelər sərgilənmir,
ən azindan fərqli düşüncələrin və fərqli istiqamətlərin iki tərəfli əlaqələrə mənfi
təsirinin qarşısını ala biliblər və əlaqələri daha artıq iqtisadi əməkdaşlıqlara
yönəldiblər. Məncə, iki tərəf də bu istiqməti daha da artiq gücləndirməlidirlər
və region məsələlərinə daha real baxaraq, davamlı məsləhətləşmə aparmalıdırlar.
İslam dünyasını bu durumdan çıxarmaq üçun və dostluqları gücləndirmək üçün
başqa ölkələrlə də bu işi davam etdirməlirdilər. İqtisadi faktorlar, o cümlədən
enerji faktoru bu məsələdə onəmli rol oynaya bilər. Məsəl üçün, Türkiyənin bir
güclü şirkəti İran gazının Ərəbistana satılmasi üçün vasitəçi ola bilər və müştərək
bir şirkət yarada bilərlər ki, bu proyekti irəli aparsınlar. Çünki Ərəbistan
2030 -ci ilə qədər plan hazırlayıb və bu istiqamətdə İranın və Türkiyənin müsbət
rolu ola bilər. Beləliklə, iqtisadi əlaqələrin 
güclənməsi İslam ölkələrini də gücləndirər, savaşlar dayanar, inkişaf tempi
artar, güclü olkələr qarşısında söz sahibi ola bilərlər. Əlbəttə, bunun üçun
daxildə demokratiyanın inkişafı və xarici siyasətdə birlik və rasional siyasətlər
yürütmək lazımdır.

 

-Səudiyyə
Ərəbistanı və körfəz ölkələrinin İranla münaqişəsi regionda İsrailin mövqeyini
daha da gücləndirir. Artıq sionist politoloqlar açıq etiraf edirlər ki, son
zamanlardakı fəaliyyətlərilə “qonşularla 0 problem” məsələsini həll ediblər.
Bütün bunlar isə islam dünyasının bir-birinin qanına susaması müqabilində baş verir.
Niyə islam ölkələrini idarə edənlər bu mənzərəni görə bilmirlər?

 

-İslam dünyasında demokratiyanın olmamasi və
liderlərin milli maraqlardan çox, öz şəxsi maraqlarının düşünmələri bunun əsas
səbələrindəndir.

 

-Rusiya-İran
münasibətlərinin perspektivinə nəcə baxırsınız? Bu gün iki ölkə regionda müttəfiq
kimi çıxış edirlər. Amma fakt budur ki, ən azından, enerji maraqları baxımından
bu iki ölkə həm də rəqibdirlər. Bu rəqabət gələcəkdə münasibətləri korlaya bilərmi?
Belə bir ehtimal varsa, o zaman İranın öz perspektiv rəqibini gücləndirməsi nə
qədərcədə doğrudur?

-Ümumiyyətlə, İranın Amerikayla və Qərblə əlaqələrinin
olmamasi, yaxud zəif olmasi və Rusiyanın da həmin  ölkələrlə 
problemli əlaqələri bu iki ölkəni 
yaxınlaşdırıb. Amma dediyiniz kimi, heç vaxt bu iki ölkə müttəfiq
olmayıb və ola da biməzlər. Enerji rəqabəti ciddi problem olsa belə, yoluna
qoya bilər. Rusiyanın əsas nigarançılığı İranın Qərbə yönəlməsi və regionda
güclənməsi, özünün isə zəifləməsi ehtimalıdır.

 

-Azərbaycan-İran
münasibətləri sizi qane edirmi?

 

Təbii ki, İran-Azərbaycan əlaqələri heç vaxt
qaneedici olmayıb. Əlbəttə, Xatəminin prezidentliyin dövründə bu əlaqələr daha
yaxşı olub, indi isə Əhmədinejad zamanıyla müqayisədə yaxşıdı, amma heç vaxt
tam imkanlardan istifadə olunmayıb.

 -İran-Türkiyə əlaqələrinin möhkəmlənməsində
Azərbaycan nə kimi rollar oynaya bilər və bunu oynayırmı?

 

İran, Azərbaycan, Türkiyə iqtisadi və enerji,
mədəniyyət və turizm sahələrində əlaqələrini gucləndirsələr, xalqlarımızın,
eyni zamanda regionda sabitliyin və inkişafın xeyrinə olar. Bu əlaqələr həm də  təhlukəsizlik və regional əlaqələrinin
inkişafina gətirib çıxarar.

 

-İran
Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ola bilərmi? Çin və digər Asiya ölkələri
ilə iqtisadi əlaqələr perspektivi İranın Qərbə yönəlməsi ehtiyacının aradan
qaldırılmasında nə kimi rol oynamaq imkanına malikdir? Sizcə, İran üzünü hansı
istiqamətə tutmalıdır?

-Əslində Sanxay üzvlərilə İran arasında xarici
siyasət məsələlərində və dini baxışlarda fərqli mövqelər var. Onlar istəmirlər,
İranın daimi üzv olmasına ki, Amerika və Qərb qıcıqlana bilərlər. Eyni
zamanda  istəmirlər, Amerika onlara desin
ki, Fələstini və Livan Hizbullahını dəstəklədiyinə gorə İrana sanksiyalar tətbiq
etmişik və siz necə onunla birləşmək istəyirsiz? Təbii ki, onlar buna getməzlər.
Bu səbəbdən də onlar İranın üzv olma prosesini uzatmaq istəyəcəklər ki, onu əllərində
saxlasinlar və Amerikadan bəhrələnsinlər. Digər tərəfdən, Şanxay ölkələri İran
hökümətinin  dini xarakterindən çəkinirlər.
Mənim fikrimcə, İran xarici siyasətində balans yaradılmadır və bütün ölkələrlə
mill maraqların təmin olması məqsədilə əlaqələrini normallaşdırmalıdır və hansı
ölkə daha artıq milli maraqlara xeyir verir, onunla əlaqələrini gücləndirməli və
möhkəmləndirməlidir.

Söhbətləşdi:
Heydər Oğuz




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler