Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Müselman dünyasına qarşı düşmen kesilenlere cavab vere bilmeyin tek yolu bundan keçir”

06 Ağustos 2016

5:32 pm


06/08/2016 [21:28]: xeber –
Əvvəl məzhəblərə, sonra təriqətlərlə bölündü. Bölündü, bölündü… Sonra bir-birilərinə düşmən oldular. Sonra dindən siyasi və şəxsi maraqlar üçün istifadə olundu. Sonra bundan istifadə edənlərin sayı artdı. Artdıqca faciələrin sayı da artdı… Özü dərindən hiss etməsə də düşmənlər zəif yerləri çox yaxşı bildilər və istifadə edib faciələri daha da böyütdülər, çoxaltdılar. Bir də baxıb gördük ki, müsəlman dünyasının çox yerində gözyaşı var, açı var…P.S. Müsəlman dünyası nədən bu vəziyyətə düşdü deyə soran bəzi dostlara qısa bir cavab və bir də təklif: “Allah bir, din bir, kitab bir, Peyğəmbər birdirsə onda nəyin dərdindəsən deyib məzhəb-məzhəb, təriqət-təriqət bölünüb bir-birilərinə soyuq, yad baxanlara səslənən, din adını şəxsi maraqları üçün istifadə edənlərə qarşı mücadilə edən maarifçi aydınların sayı artmadıqca çox çətin olacaq müsəlman dünyasına. Bunu demək asan deyil, min şər-böhtan da eşidəcək belələri, amma başqa yol yoxdur. Müsəlman dünyasına qarşı düşmən kəsilənlərə cavab verə bilməyin tək yolu bundan keçir. Oxumaq, Öyrənmək, Fərqində olmaq, Anlamsız şeylər üzündən bir-birinə düşmən olmamaq və Birlikdən!”Qənirə Paşayeva, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler