Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Müsavat başqanının müavininden Etibar Memmedova sert ittiham…

25 Haziran 2016

6:56 pm


25/06/2016 [22:45]: xeber –
4 iyun 1993-cü ildə vətənə xəyanət edənlər yenidən aktivləşib. Müsavatı, AXC hakimiyyətini hədəfə götürüblər. Sanki ağır dövləti cinayət törədənlər bunlar deyilmiş. Sanki əli prezident qvardiyasının əsgərlərinin-say-seçmə övladlarımızın qanına batan bunlar deyilmiş. Qiyama-vətənə xəyanətə birbaşa dəstək verən Etibar Məmmədov yenidən gündəmə gəlməyə cəhd edir – etdiyi yaramaz hərəkətləri pərdələmək üçün milli qüvvələrə böhtanlar -hədyanlar yağdırır. Ölkədə baş verən özbaşınalıqları, insanların şərlənərək həbsə atılmasını, 2-5 aprel döyüşlərində şəhid edilmiş övladlarımızın qanına bais olanları, millətin dilənçi gününə salınmasını görmür Etibar Məmmədov, 1993-cü ilə qayıdır. Şərlə böhtanla. Sanki 1992-ci ildə Laçın şəhərinə gedib Şuşanın işğalı ərəfəsində briqada komandiri ilə gizli görüşən o deyilmiş. Laçından gəlib hara getdiyini kimlərlə görüşdüyünü özü desə daha yaxşı olar. Cəsarəti çatarsa. Sanki Yevlax yun zavodunda Surət Hüseynovla görüşüb nələrisə müzakirə edən o deyilmiş. Sanki Gəncədə əhalini aldadaraq milli hakimiyyəti devirməyə çağıran onun adamları deyilmiş. Heç kim-heç nə unudulmur. Azərbaycan gənci hər şeyi bilməlidir. Bilməlidir ki, Rusiyanın, İranın və bəzi neft şirkətlərinin birbaşa təşkilatçılığı ilə və Azərbaycandakı yaramaz hakimiyyət hərisi qüvvələrin iştirakı ilə 1993-cü ildə Azərbaycanda dövlət çevrilişi kimi ağır cinayət törədildi. Qarabağın azad edilməsinin qarşısı alındı. Demokratik islahatların həyata keçirilməsinə nöqtə qoyuldu. Rüşvətsiz dövlət yaradılmasınıa sipər çəkildi. Saakaşvilinin Gürcüstanda yaratdığı dövlət Azərbaycanda artıq illər öncə Elçibəyin və İsa Qəmbərin rəhərliyi ilə yaradılırdı. Azərbaycan xalqı Elçibəy başda olmaqla Milli hakimiyyətə etimad göstərirdi, inanırdı. Həmin hakimiyyət dövründə vəzifədə olmuşam. Qiyamın qarşısı alınmalı idi. Heç nəyə baxmadan legitim hakimiyyət qorunmalı idi. Ən qəti, ən kəskin tədbirlər görülməli idi. İtkilər bahasına olsa da belə. Cinayətkarlar yerində oturdulmalı, layiqli cəzalarını almalı ididlər. Qiyamın qarşısının – vətənə xəyanətin qarşısının alına bilməməsinə görə öz adımdan xalqımızdan üzr istəyirəm. Heç bir obyektiv və subyektiv səbəbə baxmayaraq…Osman Kazımov, hüquqşünas, Müsavat başqanının müaviniRedaksiyadan: Biz Osman Kazımovun fikirlərini olduğu kimi təqdim etdik və qarşı tərəfin da cavab haqqını tanıdığımızı bəri başdan bəyan edirik. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler