Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Müsavat başqanı AXCP üzvüne “Yox” cavabı verib…

17 Eylül 2016

8:44 pm


18/09/2016 [00:43]: xeber –
Xəbər verildiyi kimi sabah Müsavat Partiyası “Məhsul” stadionunda mitinq keçirəcək.  Partiyanın təşkil edəcəyi bu kütləvi aksiya qarşıdan gələn 26 sentyabr referendumuna etiraz əlaməti daşıyır. Mitinqdə əsasən Müsavat Partiyasının üzvlərinin çıxışı nəzərdə tutulsa da bəzi tanınmış ictimaiyyət nümayəndələrinin də çıxış edəcəyi gözlənilir. AXCP üzvü Sahib Kərimli də Müsavat Partiyasına müraciət edərək bu mitinqdə çıxış etmək istəyini bildirib. Amma ona “yox” cavabı verilib. Sahib Kərimli sayta açıqlamasında bildirdi ki, ona mənfi cavabı şəxsən Müsavat başqanı Arif Hacılı verib:“Mən Müsavat Partiyasının sabah keçirəcəyi mitinqdə çıxış etmək istəyirdim. Amma təəssüflər olsun ki, bu istəyimə partiya, konkret partiyanın sədri Arif Hacılı tərəfindən razılıq verilmədi. O, mənə şəxsən bildirdi ki, mitinqdə çıxış etmək istəyinizə müsbət cavab verə bilməyəcəyik.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler