Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Musa Peyğemberin üzüne duran qadın ne dedi?

21 Ekim 2016

1:28 pm


21/10/2016 [17:26]: xeber –
Qarun Musa Peyğəmbərin əmisi oğlu olmaqla, Bəni-İsrailin içində ən zəngin şəxs idi. Dünya malına aldanıb həddini aşdı. Musa ilə eyni dərəcədə olmaq fikrinə düşdü. Ona görə də Peyğəmbərə tabe olmayıb, həmişə onu aşağılamağa, xalqın gözündən salmağa çalışırdı. Həzrət Musa əmri-ilahi ilə Qaruna əmr etdi ki, malından zəkat versin. Yəni, Bəni-İsrailin fəqir və möhtaclarına sədəqə və ehsan eləsin. Lakin, Qarun dünya malını canı kimi çox sevdiyindən Allahın əmrindən çıxdı və xeyli nadanı da öz tərəfinə çəkib, onları da zəkat verməkdən yayındırdı. Bir gün Qarun Musa əleyhissəlama bir qadın vasitəsi ilə böhtan atmaq istədi. Qadına müəyyən məbləğ verdi ki, Musanı zinada ittiham etsin. Beləliklə, bir məclisdə Qarun Musaya sual verdi ki, sənin dinində zinanın cəzası nədir? Peyğəmbər cavab verdi ki, Tövrata görə zinanın cəzası daşqalaq olunmaqdır. Qarun dedi sən özün də bu qanun qarşısında hamı ilə bərabərsənmi? Dedi əlbətdə bərabərəm. Qarun dedi: “Elə isə, filan qadın səni zinada ittiham edir (ona təcavüz etməkdə günahlandırır)”. Həzrəti Musa dedi o qadını çağırın gəlsin. Qadın məclisə daxil olduqda Peyğəmbər onu Allaha və Tövrata and verərək həqiqəti bildirməyi xahiş etdi. Qadın verilən andın qarşısında yalan danışa bilməyib, Qarunun verdyi rüşvət müqabilində bu yalanı uydurduqlarını bəyan etdi və həmin rüşvəti ortaya qoyaraq, ondan imtina etdi. Həzrəti Musa gördü ki, Qarunun ədavəti və  yaramazlığı əndazəsin aşıb. Onun haqqında bəd dua etdi. Dusanının müstəcəb olduğu və Yerin ixtiyarının ona verildiyi, Qaruna istədiyi cəzanı verə biləcəyi ona xəbər verildi. Belə olduqda Peyğəmbər Yerə əmr etdi ki, Qarunu udsun. Qüdrəti-İlahidən camaatın gözü qarşısında Yer Qarunu sorub apardı. Məclisdəkilərin bir çoxunun həmin anda qəlblərindən keçdi ki, yəqin Qarunun var-dövlətinə sahib çıxmaq üçün onu belə cəzalandırdı. Həzrəti  Musa bunu duyduğunda yenidən dua etdi ki, Qarunun var-dövləti də özü kimi yerə batsın. Bu hadisə “Quran”da bu cür zikr olunmaqdadır: “Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “Malına qürrələnib sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə sərvət verməklə yaxşılıq etdiyi kimi, sən də varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!” Qarun dedi: “Bu var-dövlət mənə yalnız məndə olan elm (fərasət, ticarətdən baş çıxartmaq) sayəsində verilmişdir. Məgər o (Qarun) Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar. (Onların günahkar olduqları üzlərindən bilinər və buna görə də heç bir sorğu-sual edilmədən cəhənnəm oduna atılarlar).Bir gün Qarun faxir libas geyib öz zinəti (ehtişamı) içində (dörd min vəznəli-çuxalı əyanın, qızıl-gümüş yəhərli atların müşayiətilə) qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: “Kaş ki, Qaruna verilən (dövlət) bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt (qismət) sahibidir!”(Axirət barəsində) elm verilmiş kəslər isə belə dedilər: “Vay halınıza! (Ay yazıqlar!) İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı (təmənnasında olduğunuz var-dövlətdən, dəbdəbədən) daha yaxşıdır. Buna (bu nemətə) yalnız səbr edənlər (Allaha itaət və ibadət etməyi fani dünya malından üstün tutanlar, həyatın çətinliklərinə dözənlər) qovuşarlar!” Nəhayət, Musanın duasını qəbul buyurub onu (Qarunu) var-dövləti ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək (Allahın əzabından onu qurtaracaq) bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası Allahın əzabını ondan dəf etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni Allahın Özündən başqa o əzabdan heç kəs qurtara bilməz!) Dünən (dünyada) Qarunun yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: “Vay (biz heç bilməmişik)! Sən demə, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!” “Hekayət” surəsi, 75-82-ci ayələr.Şərin, böhtanın ayaq açıb yeridiyi indiki dövrümüzdə bu mövzu aktual və ibrətamizdir. Şübhəsiz ki, ağıl sahibləri bu əhvalatdan ibrət alacaqlar. Paşa Yaqub – tədqiqatçı-yazıçı.müəllifin arxivi: moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler