Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Müqeddes mekanda erotik reqs eden müğenni hebs edile biler – Qalmaqal…

23 Eylül 2016

5:44 am


23/09/2016 [09:42]: xeber –
Tatarıstan Respublikasının İstintaq komitəsi müğənni Rezeda Qaniullinanın  qalmaqallı “Janım” klipi barəsində ibtidai istintaqa başlayıb. Bu barədə rusdilli İslam saytları məlumat verib.   Xatırladaq ki, dünən sayt sözügedən sənətkarın Bulqar şəhərindəki  məşhur Ağ Məscid önündə yarıçılpaq vəziyyətdə rəqs edərək bunun video-görüntülərini sosial şəbəkələrdə yerləşdirilməsi haqda yazmışdı. Bu olay müsəlmanlar tərəfindən hiddətlə qarşılanmış, din xadimləri müğənnidən həmin video-klipi təcili olaraq internetdən yığışdırmağı tələb etmişdi.  Az sonra  müğənni R.Qaniullinanın kiminsə hislərinə toxunduğuna görə üzr istəməsi və özünü müsəlman hesab etməsi, İslama hörmət bəsləməsini bildirməsi haqda xəbərlər də yayıldı.Müstəntiqlərin yerli mediaya verdiyi açıqlamaya görə, müqəddəs məkanda erotik rəqs etmiş tatar müğənninin davranışlarında Rusiya Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş (vicdan və inanc azadlığı haqlarının pozulması, inanclıların  duyğularının təhqir edilməsi və s.) cinayət əlamətləri görünür. Həmin maddə qalmaqallı video-klipin bütün yaradıcılarına şamil edilə bilər. Hazırda baş vermiş olayın bütün təfərrüatları araşdırılır. Araşdırmanın nəticələrinə görə prosessual qərar veriləcəyi bildirilir.Xəbərdə o da xatırladılır ki, sözügedən maddə Dövlət Duması tərəfindən RF CM-yə “Pussy Riot” pank-qrupu qızlarının 2012-ci ilin fevralında Moskvada Xilaskar İsa Məbədi önündə əcaib görkəmlərdə rəqs etmələrindən sonra daxil edilib. Amma  o vaxt pravoslav –xristian dini dəyərlərini təhqir edən həmin qızlar dərhal həbs edilmiş və onlara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi qaldırılmışdı.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler