Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Münasibetlerin normallaşmasına xidmet eden addımlar ne ved edir?

28 Haziran 2016

9:16 am


28/06/2016 [13:13]: xeber –

“Türkiyə ilə Rusiya arasında diplomatik münasibətlərin
normallaşmasına xidmət edən addımlar məqbul strateji seçim kimi xarakterizə
olunmalıdır. Çünki siyasi konfrantasiya hər iki ölkə arasındakı iqtisadi
münasibətlərə ciddi neqativ təsir etməklə yanaşı, Avrasiyada əməkdaşlığın
genişləndirilməsi kontekstində arzuolunmaz haldır”.

Bunu sayta açıqlamasında politoloq Nurlan
Qələndərli Türkiyə ilə Rusiya arasında diplomatik münasibətlərin
normallaşmasına xidmət edən amillərdən danışarkən deyib.

Onun sözlərinə görə, XXI əsr qloballaşma şəraitində
Türkiyə-Rusiya münasibətləri Avrasiya regionunda əməkdaşlıq və təhlükəsizlik
baxımından da müstəsna əhəmiyyət kəsb edir: “Doğrudur, bu iki regional güc mərkəzi
inteqrasiya və əməkdaşlıqdan daha çox strateji rəqabət platformasında
qarşı-qarşıya gəlirlər. Amma hər halda, iki ölkə arasındakı strateji təmaslar
Avrasiya geosiyasi məkanının perspektivi üçün müəyyən nəticələr ortaya qoymaq
potensialına malikdir”.

Politoloq əlavə edib ki, Rusiya-Türkiyə
yaxınlaşmasının həm hər iki ölkənin, həm də Avrasiyanın perspektivi naminə
konkret nəticələr verməsi üçün ilk növbədə hər iki dövlətin strateji maraqları
təmin olunmalıdır: “Siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın
dərinləşdirilməsi kontekstində tərəflərin ortaq mövqeyi mühüm əhəmiyyət kəsb
edir. Bu səbəbdən diplomatik münasibətlərin normallaşması istiqamətində atılan
addımları pozitiv amil kimi xarakterizə etmək olar”.

 

Rumiyyə




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler