Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Münaqişenin helli yolları aydındır”

07 Ağustos 2016

3:40 pm


07/08/2016 [19:39]: xeber –
“İran tərəfi həmişə Azərbaycanın ərazi bütövlüyünə böyük hörmətlə yanaşır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bu dəstək həm BMT çərçivəsində, həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində özünü biruzə verir”.Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatda çıxışında deyib.Prezident İlham Əliyev bildirib ki, bu il İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə qəbul edilmiş bəyannamə bir daha münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir və İran dövlətinin bu istiqamətdəki fəaliyyətini biz yüksək qiymətləndiririk: “Mən bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyəti Prezident Həsən Ruhaniyə bildirdim. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır və bu gün nəinki Dağlıq Qarabağ, onun ətrafında yerləşən 7 rayon işğal altındadır, Azərbaycan əhalisi bu bölgələrdən zorla çıxarılıb, bizim tarixi abidələrimiz, o cümlədən, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və torpaqlarımızın 20 faizi işğal altındadır və bu işğal davam edir. Münaqişənin həlli yolları da aydındır. Azərbaycanın ərazi bütövlüyünü pozan erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır”.(Trend)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler