Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Müharibe o vaxt olacaq ki…” -Prezident Əliyevden şifreli Qarabağ mesajı

26 Haziran 2016

1:40 pm


26/06/2016 [17:39]: xeber –
Ölkə başçısının “məsələdə beynəlxalq hüquq işləmir” açıqlamasının pərdəarxası; prezident Sank-Peterburq görüşünün detallarını məhz Ordu Günündə açdı; “Müsbət nəticələr var…, Ermənistanın şərtləri qəbul edilməyib…, ordumuz istənilən vəzifəni yerinə yetirməyə qadirdir…”“Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq işləmir. Lakin bununla belə, Azərbaycan diplomatik və siyasi səylərini davam etdirəcək”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev həftəsonu Ordu Günü ilə bağlı etdiyi çıxışında bildirib. Əslində ölkə başçısı bununla uğurlu aprel döyüşlərinin yaratdığı yeni ab-hava fonunda yetərincə mühüm bir etirafda bulunub, topluma bəzi mesajları çatdırmaq istəyib. Hansı mesajları? Ölkə rəhbərinin bu açıqlaması ən əvvəl o deməkdir ki, konfliktin həlli böyük güclərin iradəsindən və onların qarşılıqlı münasibətlərindən asılı qalmaqda davam edir və biz mövcud gerçəyi istəsək də, istəməsək də qəbul eləməliyik. Yəni münaqişənin həlli BMT-nin məlum qətnamələrindən daha çox, supergüclərin bölgədəki maraqlarının nə dərəcədə uzlaşmasından asılı olacaq. Əlbəttə ki, söhbət Rusiya və Qərbdən, daha dəqiqi, Qərbin aparıcı dövləti ABŞ-dan gedir.Prezidentin açıqlaması şəksiz ki, məsələdə qlobal güclərin təsirinin etirafıdır. Demək, hələ ki, rəsmi Bakı onların maraqlarına oynamaq, bu maraqları ciddiyə almaq zorundadır. O cümlədən işğalçıya qarşı hərbi gücün tətbiqində ilk növbədə böyük güclərin maraqlarını gözləməliyik, nəinki “işləməyən” beynəlxalq hüququ. *****Məntiqlə beynəlxalq hüquq məsələdə işləmirsə, o zaman ayrı variant da qalmır və Azərbaycan reallıqla barışmağa məhkumdur. Bu xüsusda, Ali Baş Komandanın etirafı həm də Azərbaycan cəmiyyətinə mesajdır ki, xalq illüziya ilə deyil, reallıqla yaşamalı, gerçəyi nəzərə almalı və əlverişli fürsət yetişənədək gözləmək üçün özündə təpər tapmağı bacarmalıdır. Bu, habelə, o anlama gəlir ki, Azərbaycan Qarabağ məsələsində, Ermənistanı cəzalandırmaq məsələsində xüsusən də problemin həllində açar rola malik Rusiya ilə daha ehtiyatlı davranmalı, onun neytrallığını təmin eləməlidir. Bununla da ölkə başçısı aprel bilts-zəfərindən sonra haqq savaşına köklənmiş xalqa mesaj göndərir ki, müharibə o zaman olacaq ki, öncə Rusiyanın müdaxilə ehtimalı sıfırlanacaq.        *****Bu mənada ölkə başçısı reallığı dilə gətirib və faktiki surətdə, yeni bir şey də deməyib. Doğrudan da BMT qətnamələri, BMT Nizamnaməsi məsələdə çoxdan işləmir. Təsadüfi deyil ki, həmsədrlər Qarabağa dair BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini, bu qətnamələrin hətta hansı sayda olduğunu çoxdan unudublar, onlar haqda danışmağı sevmirlər. Qarabağa dair hazırlanan son həll prinsiplərində, “Madrid sənədi”ndə də BMT sənədləri əfsus ki, xatırlanmır. Məsələ də ondadır ki, Qarabağ probleminin indiyədək çözülməməsinin aparıcı səbəbi elə fövqəlgüclərin bu və ya digər səbəbdən BMT qətnamələrinin reallaşmasında maraqlı olmamasıdır. Bu da yenə Qarabağ mövzusunda beynəlxalq hüququn iqnor edilməsinin bariz təsdiqidir.Yeri gəlmişkən, İlham Əliyev bir neçə dəfə bəyan edib, bunu özü də ATƏT-in Minsk Qrupu həmsədrlərinin üzünə də deyib ki, lazım gələndə BMT qətnamələri dərhal, hətta cəmi bir neçə dəqiqənin içində yerinə yetirildiyi halda, Qarabağ məsələsində eyni qətiyyət göstərilmir. Onu da qeyd edib ki, Ermənistan məhz güclü beynəlxalq havadarlarının hesabına işğalçılıq siyasətini davam etdirir. Həmin havadarları hamı tanıyır. Odur ki, təkrar qeyd edək: Azərbaycan kiçik ölkə olaraq, böyük güclərin maraqları üzərində oynamağa məhkumdur. Lakin bu, əsla o anlama gəlmir ki, biz əllərimizi yana salıb gözləməli, həmin böyük güclərin səxavətə və insafa gəlməsini gözləməliyik. Fors-major situasiyaları deyilən anlayış da var – yəni qəfil peyda ola biləcək əlverişli fürsətləri deyirik. Onlara hazır olmalıyıq… *****İstənilən halda ölkəmiz Ermənistandan hərbi, iqtisadi baxımdan özünün əzici üstünlüyünü durmadan artırmalı, işğalçı ölkəni silahlanma yarışına cəlb eləməklə onun iqtisadiyyatının daha kritik duruma düşməsinə, özünün daha sürətlə boşalmasına nail olmalıdır. Ki, növbəti və qəfil blits-hərbi zərbə daha ağrılı və daha effektli olmaqla, Ermənistanın havadarlarını da fakt qarşısında qoysun, onları ədalətli mövqeyə sövq edə bilsin.Bu xüsusda prezidentin Ordu Günündə söylədiyi aşağıdakı fikirlər də çox əhəmiyyətlidir və haqq savaşı gözləyən cəmiyyətə zəmanət xarakterli başqa bir mesaj sayıla bilər: ölkə başçısı deyib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, mərhələli şəkildə həll edilməlidir və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bu xüsusda o, erməniləri Helsinki Yekun Aktının diqqətlə oxumağı çağırıb. Vyana görüşündə Ermənistan tərəfinin şərtlərinin qəbul edilmədiyini vurğulayan prezident habelə Sankt-Peterburq görüşünün müsbət nəticələri olduğunu diqqətə çatdırıb. Müsbət nəticələrdən biri isə erməni tərəfinin israrla insidentləri araşdırma mexanizmi barədə təklifinin iflas olmasıdır. İşğalçı həqiqətən də çox ümidli idi ki, bununla o, cəzasızlıq şəraitində işğal rejimini saxlaya biləcək. Lakin prezidentin sözlərinə görə, ATƏT-in müşahidə ofisinin əməkdaşlarının sayının uzağı 2-2,5 dəfə artırmağa razılıq verilib. Bu, maksimum 12-15 nəfər edir ki, faktiki şəkildə reallığı dəyişmir, Azərbaycan istənilən an yenə də təcavüzkara güc tətbiq eləmək imkanını özündə saxlayır. İlham Əliyev Ordu Günüdə onu da bildirib ki, insidentləri araşdırma mexanizmlərinin tətbiqi yalnız həll prosesi ilə paralel gedə bilər. Nəhayət, Ali Baş Komandan onu da bir daha vurğulayıb ki, ordu quruculuğu sahəsinə bundan sonra da xüsusi diqqət yetiriləcək və Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir – təbii ki, bundan ötrü məqbul siyasi şərtlər yetişəndə… Azərbaycan xalqı buna şübhə eləmir və aprel zəfərinin daha geniş miqyasda davamını gözləyir. Təkcə gözləmir, həm də buna hazırdır.(musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler