Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Müharibe başlasa kim qalib gelecek -RUSİYA ,YOXSA NATO?

13 Ekim 2016

9:12 am


13/10/2016 [13:11]: xeber –
Rusiya Qərb qarşıdurması o həddə çatıb ki, hər iki tərəfin ordusu faktiki döyüş hazırlığı səviyyəsinə çatdırılıb. Birinci Dünya müharibəsi bitəndən 21 il sonra İkinci Dünya müharibəsi baş verdi və 71 ildir ki, dünya hirsini, acığını lokal müharibələrlə, terrorla çıxarır, böyük müharibələrə risq edilmir, səbəb də atom bombasıdır. Nüvə silahı  dünyanın fəlakəti olduğu qədər, həm də onu qoruyandır. Nüvə silahlarının çəkindirici rolu son günlər hədə ilə əvəzləməyə keçid edir. Məqsədimiz kimin haqlı, haqsız olduğunu  deyil, potensial qarşıdurmada  kimin nəyə qadir olduğunu hər iki tərəfin mütəxəssis rəylərinə əsaslanaraq təhlil edib diqqətinizə çatdırmaqdır. Bir yazıda qoyulan məsələni hərtərəfli əhatə etmək mümkün olmadığı üçün əsas məqamlara toxunmaqla təsəvvür yaratmağa cəhd edək. Ona görə də hər iki tərəfin gücünü iki mərhələdə göstərməklə real səhnəni təsvir etsək daha aydın mənzərə yaranar. Birinci –nüvə silahı tətbiq edilənədək. İkinci – nüvə silahı tətbiq olunarsa.Birinci məsələni təhlil edərkən əsas amil insan – əsgər sayıdır. Say tərkibinə görə rusların da etiraf etdiyi kimi hesab  təxminən “12-1 NATO-nun xeyrinədir”. Keyfiyyətə baxanda Rusiya tərəf az fərqlə uduzur, çünki həm NATO-da, həm Rusiyada silahlanma  və texnikada yenilənmə prosesi ləng gedir. Müasir döyüş texnikasına görə Rusiya cüzi şəkildə geridir və  bütün texnikanın döyüş hazırlığı səviyyəsinə görə Rusiya tərəf 50-60% faiz hazırdırsa , NATO-nun hazırlığı 70-80% olaraq qiymətləndirilir. Rusiya yalnız Xəzər akvatoriyasında 100%, Qara dənizdə isə qismən üstün döyüş hazırlığına malikdir, bunun da səbəbi onunla izah olunur ki, Xəzərətrafı ölkələrin heç birinin gücü Rusiya donanmasının gücüylə müqayisəyə gəlmir və Rusiyaya qarşı əks mövqedə durmurlar.Suriya müharibəsi bəzi məsələlərdə Rusiyanın üstünlüklərini nümayiş etdirdi. Hərbi mütəxəssislərin rəyinə görə rusların Xəzər dənizindən, təxminən Lənkərana yaxın bir məsafədən istifadə etdiyi “ Kalibr- HK” qanadlı raketləri amerikalıların “ Tomaqavk”asından həm uzaqvurma məsafəsinə ( 1500 kilometrə qarşı 2600 kilometr) ,həm də hədəfi dəqiq vurmasına görə üstündür. Bunula bərabər rus hərbiçilərin ciddi problemi döyüş sursatlarının təminatının zəif olmasıdır. Xəzərdən bir il əvvəl buraxılmış  26 ədəd raketlərdən bir daha istifadə olunmadı. Bu həmin raketlərin ehtiyatının az olmasına dəlalət edir. Suriya müharibəsində rus qırıcılarının dəqiq zərbə endirməyi müşahidə olunsa da, zəif tərəflərini də üzə çıxarıb- rus ordusunun maddi-texniki bazası yetərli deyil, yalnız qənaətlə fəaliyyət göstərə bilir. Rusiyalı hərbi alim-mütəxəssisin rəyinə görə bütün Rusiya ordusu səfərbər belə olsa yalnız bir-iki lokal tipli döyüşləri udmaq gücündədir, sonra “ uzun bir pauza olmalıdır ki,yaranmış yırtıq-deşiklər yamansın”.Alim-mütəxəssis davm edir:” Əgər NATO ilə açıq müharibəyə başlasaq Rusiya yalnız bir, uzağı iki ay dözə bilər. Rusiyanın nüvə silahı olmasaydı ,maksimum 800.000 min qüvvə ilə müharibə  edəcəyi  cəfəngiyyat olardı”Rusların böyük tank qoşunları var, amma müasir müharibədə tankların rolu azdır, həm də ən böyük çətinlik onları saz vəziyyətə gətirməkdir. Təxminən 80% faiz rus tankları,  yenidən təmir olunmalıdır. NATO-da bu 30%-i keçmir. Üstəgəl Rusiya Ordusunun yaralı yeri döyüş sursatlarının təminatı və ehtiyatıdır. İstehsal pis vəziyyətdədir. Tutaq ki, bir tank diviziyasına 300 tankı üçün 12000 mərmi döyüş kompleki lazımdır.Fasiləsiz döyüşdə bu bir günə atılıb qurtaracaq. Hər bir tank günə 40 atəş açası olsa və bir ay müharibə getsə yenə problem yaranacaq. Hələ bunun artileriyası, hava hücumundan müdafiəsi və sairə var.  Rusiya hələ də SSRİ dövrünün ehtiyatından yararlanır. Suriyada atılan mərmilər də sovet dövrünün ehtiyatından qalmadır. Rusiyanın indiki iqtisadi böhranıyla bu mümkün deyil. Bir də NATO ilə müqyisədə Rusiya üçün silah istehsalı baha başa gəlir. Yenə sonuncu dəfə Xəzərdən atılan “Kalibr”i müqayisə edək : raketin hər bir atışı Rusiyaya 6,4 milyon dollara başa gəlib, amerikalıların eyni tip“Tomaqavk” raketinin atışı 2-2,5 milyon dollardır.Bahalığın səbəbini rusiyalı mütəxəssislər korrupsiyada görür və bildirirlər ki, hər yeni layihədə yuxarı rəislər ciblərini doldururlar.İkinci mərhələ nüvə silahının tətbiqidir. Nüvə silahının tətbiqində isə hər iki tərəfin üstünlükləri və zəif  yerləri var. Raket əleyhinə müdafiə sistemləri eyni səviyyədədir ,uzaqbaşı amerikalılar 1770 raketin 3-5 döyüş başlığını artıq məhv edə bilər. Rusiyanın ərazisi böyük olsa da ( Rusiya tarixinin bütün müharibələrində  ərazi böyüklüyü ona uğur gətirib) ABŞ və NATO ölkələrinin birlikdə ərazisi də böyükdür və raketlərin yerləşdirilmə coğrafiyası və tez çatma zamanı NATO –ya üstünlük verir. Rusiya tərəf bunu bilir və son günlər SSRİ-nin vaxtilə Kuba və Vyetnamdakı bazalarının yenidən yaradılması haqqında nəticəsi olmayan təbliğatla məşğuldurlar. Bir sözlə Rusiya tərəf nüvə silahı tətbiq olunmadığı halda demək olar ki, bütün parametrlərdə NATO-ya uduzur. Bunu Rusiyada yaxşı bilirlər, ona görə də NATO-nun hər hansı bir hazırlığına Rusiya adekvat cavab verməyəcəyindən ilk işləri nüvə silahından istifadə olacaq..,bunu da amerikalılar dəqiq bilirlər.Bu səbəbdən tərəflər arasında birinci mərhələdə bildiyimiz klassik müharibənin baş verməsi gözlənilən deyil. Dünya okeanında üzən sualtı qayıqlarda yerləşdirilən atom başlıqlı raketlər hər iki tərəfdə yetərlidir. Hər iki tərəf rəqibin ərazisini 10 dəfə dağıtmaq gücünə malikdir.  Ancaq Vladimir Putini də narahat edən bir məsələ var ki, Şərqi Avropada yerləşdirilə biləcək nüvə əleyhinə “SM-3” və “Minuteman -3” ballistik raketlər Rusiyanın nüvə potensialının yarısını tez bir zamanda məhv edə bilər, amma bu da hələ qalibi müəyyənləşdirmir..Burda zaman məsələsi də önəmli rol oynayır. NATO-nun radara gəlməyən “Stealith” bombardımançı təyyarələri əvvəlcədən hərbi obyektlərə,  raket əleyhinə olan sistemlərə zərbə vurmaq və paralel pilotsuz elektromaqnit təyyarələr bütün elektronik sistemləri sıradan çıxara bilmək gücündədir ki, Rusiyada onlara bərabər vasitə yoxdur və ya o effektdə deyildir. Amerikanın Rusiyadan başqa bir üstün texnologiyası  var və ruslar da onu etiraf edirlər. ABŞ  müharibə başlamadan Rusiyada xaos sistemi yarada bilər, idarəetməni iflic vəziyyətinə çatdırıb, iqtisadi böhranın yaratdığ çətinlkdən istifadə etməklə xalqı indiki rəhbərliklə qarşı-qarşıya gətirib küçələrə tökə bilər və bu fonda kütləvi iğtişaşaşlar yarada bilər və nəticədə strateji nüvə gücünün idarəetməsi pozular. Rus alim-mütəxəssislər, hərbi analitiklər orduda ikitirəliyin yaranması ehtimalının mümkünlüyünü və ona zəmin olduğunu da istisna etmirlər. NATO casuslarının təxribat mexanizmləri işə düşərsə Moskvada Baş Qərargah zəbt oluna bilər və bundan sonra heç kim nüvə zərbəsini endirmək üçün rəhbərliyi üzərinə götürə bilməz.Belə olan halda birinci mərhələdəki döyüş potensialı işə düşəcək və Rusiya  məğlub olacaq. Ölkənin idarəetmə sistemindən yaranan daxili narazılıq inqilab həddinə çata bilər. Bu gün Qərb tərəfdən tətbiq olunan sanksiyalar və onun dairəsinin hələ də genişləndirilməsi planları Rusiyanı daxildən çökdürməyə hesablanıb. SSRİ-də bu yolla dağıdıldı..,bir güllə atılmadan . Rusiyanın ABŞ və müttəfiqlərinə belə bir texnologiya tətbiq etmək şansı yoxdur. Demokratik idarəetmə sistemində cəmiyyəti hakimiyyətə qarşı qoymaq , həm də Rusiya tərəfindən, mümkün deyildir.İlham İsmayıl


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler