Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Müellim soyundu, mektebden qovuldu – Fotolar

29 Haziran 2016

11:48 am


29/06/2016 [15:44]: xeber –
“İşdən nə üçün kənarlaşdırılmağımı anlamıram. Mənə dedikləri səbəblər gülüncdür. Erotik və ya pornoqrafik təqvimə çəkilməmişəm, əlillərə yardım etmişəm. Məhkəməyə üz tutacağam, pozulmuş hüquqlarımın bərpasına çalışacağam”.İngiltərənin Şimali Yorkşir bölgəsindəki “Giggleswick School”da müəllim olmuş 34 yaşlı Keyra Qudvin belə deyir.Onun işdən kənarlaşdırılmasının səbəbi isə 2011-ci ildə “Hotties for Heroes” adlı təqvimə yarıçılpaq pozalarda çəkilməsi idi.Bu təqvimin satışından 30 min funt-sterlinq əldə olunub, pulların da hamısı hərbi əməliyyatlarda yaralanmış və əlil olmuş hərbçilərə yardım fondunun hesabına keçirilib.Məktəb rəhbərliyi bu təqvimdən indi xəbər tutub və dərhal Keyra Qudvini işdən kənarlaşdırıb.Keyra Qudvin isə xeyriyyəçilik məqsədilə həmin təqvim üçün fotosessiyaya çəkildiyini, bu səbəbdən də çalışdığı məktəbin rəhbərliyinin onunla ədalətsiz davrandığını, qanunlarını pozduğunu deyir.”Məktəbdə işləyəndə xeyriyyə fondları ilə çalışdığımı heç zaman gizlətməmişəm. Əməlimə görə də əsla utanmıram. Hərbçilərə yardım etmişəmsə, niyə utanmalıyam?!” – Keyra Qudvin söyləyib.Məktəbin direktoru Mark Ternbull isə özünü haqlı sayır: “Əlil və yaralı hərbçilərə hamımız yardım etməliyik. Lakin bunun üçün soyunmağa, yarıçılpaq fotolar çəkdirməyə ehtiyac yoxdur. Xüsusilə də müəllim belə davranmamalıdır”./milli.az/




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler