Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Müdafie Nazirliyinin rehberliyi Fexri xiyabanı ve Şehidler xiyabanını ziyaret edib – FOTOLAR

26 Haziran 2016

12:36 pm


26/06/2016 [16:36]: xeber –
Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Müdafiə Nazirliyinin saytında verilən məlumata görə, Fəxri Xiyabanda Heydər Əliyevin abidəsi önünə və Zərifə Əliyevanın məzarına əklil və gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib. Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına da əklil və gül dəstələri qoyulub.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler