Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mübariz Mensimovun şirketi dünyanın “top-10″luğunda -HESABAT

11 Ekim 2016

10:32 am


11/10/2016 [14:29]: xeber –
“Clarksons” analitik şirkətinin hesabatında azərbaycanlı sahibkar Mübariz Mənsimovun prezidenti olduğu “Palmali Şirkətlər Qrupu” ilk onluğun 7-ci yerində qərarlaşıb.“Palmali Şirkətlər Qrupu”nun əsası 1998-ci ildə Türkiyədə qoyulub. Şirkət öz işinə Türk limanlarına baş çəkən gəmilər də daxil olmaqla, Bosfor və Dardanel boğazlarından keçən gəmilərə agentlik servisləri göstərərək başlayıb. “Palmali”nin öz gəmilərini istehsal etməyə başlaması üçün çox vaxt lazım olmayıb. Şirkəti yaradanların əsas məqsədi Xəzər və Qara dənizləri regionlarında lider yükdaşıma şirkəti statusu almaq idi. Lakin praktiki təcrübə və professional təlimlənmiş işçi heyəti şirkətin beynəlxalq arenada daha mürəkkəb məqsədlərə nail olmasının vacibliyini sübuta yetirib. news-detail Tanker donanması gəmi sahiblərinin reytinqində liderliyi Mitsui O.S.K ələ alıb. Onun donanmasında 151 gəmi var. İkinci yerdə “Teekay Corporation” dayanıb. Şirkətin 108 gəmisi var. “Ocean Tankers” 3-cü yerdə lövbər salıb. Donanması 107 gəmidən ibarətdir. Növbəti yerlər isə 84 gəmidən başlayaraq, digər şirkətlərə verilib.Dövlət şirkətləri arasında lider “China COSCO Shipping” olub. Onun donanmasında 125 gəmi var.(Gununsesi.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler