Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mübariz İbrahimov ermenileri nece qanına qaltan eledi? -Döyüş yoldaşından sensasion açıqlama

Genel 18 Haziran 2016

9:44 am


18/06/2016 [13:42]: xeber –
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhidlik zirvəsinə qovuşduğu gündür. Milli qəhrəmanın döyüş yoldaşı Teymurov Tural Salman oğlu Mübariz İbrahimovla bağlı xatirələrini sayt-la bölüşüb: “Mubariz çox dindar oğlan idi, dindar olduğu qədər də vətənpərvər idi. Dilindən Allah və Vətən sözləri düşmürdü. Torplaqlarımızın düşmən işğalında olması ona bir an belə rahatlıq vermirdi. Gecə-gündüz ancaq düşmənə zərbə endirmək, torpaqlarımızı işğaldan azad etmək haqqında düşünürdü. Necə olursa olsun, Xocalı soyqırımında öldürülənlərin intiqamını almalıyam deyirdi. Şuşanın, Kəlbəcərin, Laçının, işgəncəylə öldürülən ana-bacılarımızın qisasını almaq haqqında danışırdı. Deyirdi ki, mən gedəcəm, mütləq gedib düşməndən qisasımızı alacam. Həmin hadisəyə hardasa bir ay qalmış Mübariz özünə qapandı, bambaşqa biri olmuşdu. Heç kimlə danışmırdı, hamıdan uzaq gəzirdi, ancaq təkbaşına məşq edirdi. Ondakı qəribəliyi hiss etsək də tək canıyla düşmənin qabağına çıxacağını gözləmirdik. Ağlımıza gəlməzdi ki, həmin gün o, təkbaşına düşmənə hücum edər, elə bilirdik müharibəyə hazırlaşır. Həmin gecə saatlarında güclü atışma səsi eşitdik, elə bildik ki, ermənilər bizim tərəfə hücuma keçiblər. Bir də baxdıq ki, Mübariz yerində yoxdur, düşmənə hücum etdiyini anladıq. Silahlanıb təkbaşına hücuma keçmişdi. O qədər güclü atışma gedirdi ki, sanki qızğın müharibə idi. Bütün silahlardan istifadə etməyi bacarırdı, düşmənlə elə döyüşürdü ki, sanki bir nəfər yox, bir batolyon hücuma keçmişdi. Biz isə Mübarizi vura bilərikdik deyə ata bilmədik. Azı beş saata qədər Mübariz təkbaşına düşmənlə döyüşdü, hətta əlbəyaxa şəkildə belə döyüşmüşdü. Mübariz kimi döyüş yoldaşını itirmək çox ağırdır, ümumiyyətlə Azərbaycan üçün bu ağır itki oldu. Mübariz yaşasaydı, ordumuza daha çox xeyir verə bilərdi. Ancaq bir tərəfdən də anlayırıq ki, Mübariz qəfil düşmən gülləsinə qurban getmədi. O, öz şəhadətiylə qəhrəmanlıq tarixi yazdı, bir məktəb oldu, örnək oldu. İndiyə qədər uşaqlara nağıl danışanda Qaçaq Nəbinin, Koroğlunun qəhrəmanlıqlarından danışırdıqsa, həmin hadisədən sonra bizim qəhrəmanımız Mübariz oldu! Onun təkbaşına göstərdiyi qəhrəmanlıq deyərdim ki, Türklüyün nümunəsi idi. Mübariz şəhid olandan sonra toyda da, yasda da, şad günümüzdə də, acı günümüzdə də ancaq onu xatırlayırıq, ondan danışırıq. Sözümüzün əvvəli də, sonu da Mübariz olur. Mübarizlə döyüş yoldaşı olmaq nə qədər şərəflidirsə, onun haqqında danışmaq da bir o qədər qürurludur. Ancaq bilirəm ki, Mübarizin qəhrəman ruhu narahatdır. Torpaqlarımız düşmən tapdağından azad edilməyənə qədər onun şəhid ruhu rahatlıq tapmayacaq. Bizim Mübarizin ruhu qarşısında borcumuz var və o borc Mübarizin şəhid ruhunun rahatlıq tapması üçün torpaqlarımızı işğaldan azad etməkdir. Ümid edirəm ki, o gün çox da uzaqda deyil…”Qeyd edək ki, Bundan tam 6 il öncə cəbhə bölgəsindəki N saylı hərbi hissədə gizir kimi xidmət edən Mübariz İbrahimov təkbaşına düşmən mövqelərinə hücum edərək düşmənin çox sayda əsgər və zabitini məhv edib. Daha sonra  düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat düşmənlə təkbətək döyüşub. Düşməni ağır itkilərə məruz qoyan Mübariz İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Şəhid gizir Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” (ölümündən sonra) adına layiq görülüb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler