Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

MTRŞ:”Bezi serialların az qala yarısı gizli-açıq reklamdır”

10 Ekim 2016

11:48 am


10/10/2016 [15:47]: xeber –
“Bəzi kanallar reklam xarakterli süjetləri adi xəbər kimi yayımlamaqla onun reklam mahiyyətini gizlətməyə çalışırlar. Bu da yolverilməzdir”.sayt xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.Şura təmsilçisi vurğulayıb ki, bu, gizli reklam problemini aktuallaşdırır:“Bu, həm də manipulyasiyadır. Monitorinqlər göstərir ki, həmin reklam materialını yayımlamaq üçün kanalın normal saatlarda kifayət qədər limiti var. Xəbər buraxılışlarında məhəllə səviyyəsində – adi bir mağazanın, çayxananın, lap supermarketin reklam edilməsi ciddi və baxımlı kanala yaraşmaz”.T.Dadaşovun sözlərinə görə, kommersiya kanallarının fəaliyyəti üçün qazanc əldə etmələri anlaşılandır və qanun buna imkan verir:“Qanun hər saatın 12 dəqiqəsini reklama həsr etməyə icazə verir. Həmçinin, gün ərzində əlavə teleticarət blokları yayımlamağa da icazə verilir. Bəzən görürsən ki, serial arasındakı fasilədə cəmi 2-3 dəqiqəlik reklam bloku yayımlanır. Amma serialın az qala yarısı “gizli” reklamdır. Bu kimi hallar efirin kommersiyalaşmasına gətirib çıxarır”.  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler