Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

MTN-nin “çörek ağacı”: Cazibedar qadınlar, dini kitablar ve narkotik…

10 Kasım 2016

8:04 am


10/11/2016 [12:01]: xeber –
Dünən sabiq MTN yetkililərinin yalnız Azərbaycan vətəndaşlarının deyil, əcnəbilərin də pul və əmlakına əl qoyduğundan bəhs etmişdik. (moderator.az/news/157990.html ). Bu gün saytımıza MTN-çilərin məlum əməlləri ilə bağlı yeni informasiya daxil olub. Etibarlı mənbədən daxil olan məlumata görə, sabiq MTN rəhbərliyinin “xeyir-duası” ilə əcnəbilərə qarşı həyata keçirilən əmlak soyğunu üçün hüquqi zəmin hazırlamaq məqsədi ilə bir sıra vasitələrdən istifadə olunub:“Azərbaycanda fəaliyyət göstərən əcnəbilərə qarşı daha çox cazibədar qadınlar, yasaq dini kitablar və narkotik vasitələrin köməyi ilə təsir göstərilib ki, hər üç amil MTN əməkdaşlarına külli miqdarda qanunsuz vəsait əldə etməyə yardımçı olub. Əcnəbilərə qarşı bu üç təsir vasitəsindən hansının seçilməsinə gəlincə, bu barədə həmin şəxs haqqındakı məlumatları dəyərləndirdikdən sonra qərar verilib. Bəzi əcnəbilər MTN-nin sifarişini yerinə yetirən cazibədar qadınlar vasitəsi ilə “neytrallaşdırılıb”. Belə ki, həmin əcnəbilərin bu qadınlarla sevgi səhnələrini görüntüləyən MTN daha sonra onları bu görüntülərlə şantaj edib, həmin görüntüləri iş adamının ailəsinə və səfirliyə çatdırmaq, habelə mənsub olduğu dövlətin media resurslarında yaymaqla hədələyib. Bəzi iş adamlarının ev və ya ofisinə, yaxud sahibi olduğu müəssisəyə yasaq edilmiş dini ədəbiyyat və disklər, eyni zamanda narkotik mənşəli həblər yerləşdirilib. Özünün yerləşdiriyi dini kitab və narkotik vasitələri daha sonra “əməliyyat yolu” ilə aşkara çıxaran MTN-çilər əcnəbi iş adamını “faktlar əsasında” məhşər ayağına çəkib, beləliklə də, onları öz mülk və əmlaklarından əl çəkməyə razı salıb. Mənbənin sözlərinə görə, cazibədar qadınlardan, dini kitab və narkotikdən uzun müddət “çörək ağacı” kimi istifadə edən MTN rəhbərliyi ara-sıra digər təzyiq mexanimzlərini də sınaqdan çıxarıb ki, bu barədə yaxın günlərdə daha ətraflı məlumat verəcəyik. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler